“Zərərli vərdişlərə yox deyək” tədbiri keçirilib

117

Bakı şəhəri 83 saylı tam orta məktəbdə  ADU Pedaqogika kafedrasının müəllimi  Səkinə Hacıyevanın rəhbərliyi ilə həmin məktəbdə pedaqoji təcrübədə olan ADU-nun IV kurs tələbələri “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçiriblər.

Təhsil fakültəsi nəzdindəki Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi  Gözəl Məmmədova  tədbiri açıq elan edərək, ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilən yeni layihə haqqında məlumat verib. Sonra IV kurs tələbələrinin çıxışları dinlənilib, videoçarxlar nümayiş etdirilib və onların əl işlərindən ibarət  stend sərgilənib.

Məktəbin direktoru Nəbi Mahmudov tədbirin ərsəyə gəlməsində əməyi olan müəllim və tələbələrə, universitetin rəhbərliyinə minnətdarlığını bildirib. Sonda Gözəl Məmmədova ADU-nun rektoru, müəllim və tələbə heyəti adından 83 nömrəli məktəbin müəllim-şagird kollektivinə  təşəkkür edib,  şagirdlərin bu tədbirdən faydalandığına əmin olduğunu bildirib.

SHARE