Təcrübəçi tələbələr “İngilis dilini sevə-sevə öyrənirik” adlı tədbir keçiriblər

174

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Mirsadiq Cəfərovun rəhbərliyi ilə Bakı şəhəri Nəsimi rayonu 240 saylı tam orta məktəbdə təcrübəçi tələbələr tərəfindən hazırlanan “İngilis dilini sevə-sevə öyrənirik” adlı tədbir baş tutub.

Tədbir məktəbdə ingilis dilinin inkişafına təkan vermək məqsədilə keçirilib.

Məktəb şagirdlərinin bilavasitə iştirakı ilə Vilyam Şeksprin “Kral Lir” əsərindən bir parça, O.Henrinin “Sonuncu yarpaq” əsəri, Bernad Şounun “Piqmalion” pyesindən bir parça, Səməd Vurğunun “Azərbaycan” şeiri ingilis və Azərbaycan dillərində obrazlı şəkildə səslənib. Şagirdlərin ifasında ingilis dilində mahnılar da oxunub.

İştirakçılar keçirilən tədbirdən çox razı qaldıqlarını bildiriblər.

Tədbirdə məktəb rəhbərliyi və müəllimləri ilə yanaşı ADU-nun bir qrup müəllim heyəti də iştirak edib.

SHARE