“Rabindranat Taqorun yubileyi” adlı tədbir keçirilib

208

Hindi dili və mədəniyyəti mərkəzi  “Rabindranat Taqorun yubileyi” adlı tədbir keçirib. Tədbirin aparıcıları mərkəzin müdiri Saidə Mirzəyevə və tələbə Tofiq Vəliyev olub.

Tədbirdə K.Əliyev adına 61 saylı tam orta məktəbin şagirdləri Dunay, Atilla və Altay Mahmudovların ifasında R.Taqorun “Ay ana, mehriban ana!” şeiri səsləndirilib.
Bundan əlavə tədbirdə “Sanqat klab”ın üzvləri Ülkər, Könül və Sevinc Taqorun musiqisi əsasında rəqslərlə çıxış ediblər.
Tədbirdə Hindistanşünaslığın tələbələri Zəhra və Rəşid tərəfindən R.Taqor haqqında mühazirə oxunub, onun haqqında qısa film nümayiş olunub.

Professor Əsgər Zeynalov və Hindistanın Azərbaycandakı səfirinin 2-ci katibi Sinhaya çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

SHARE