Piteşti Universitetinin rektoru akademik Kamal Abdullaya təşəkkür məktubu göndərib

241

Rumıniyanın Piteşti Universitetinin rektoru, mühəndislik üzrə dosent Dumitru Çirleşan Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullaya təşəkkür məktubu göndərib.

Dumitri Çirleşan rektor Kamal Abdullanın fəaliyyətini, rəhbərlik etdiyi universitetin gözəl təcrübəsi və nüfuzunu yüksək qiymətləndirib:

“Universitetlərimizin paylaşdığı tərəfdaşlıq, eləcə də onların gələcək inkişafının perspektivləri üçün sizə minnətdarlığımızı və təşəkkürümüzü bu məktub vasitəsilə bildirmək istəyirik. Həmçinin bizim beynəlxalq münasibətlər üzrə nümayəndələrimiz olan Beynəlxalq münasibətlər üzrə prorektor Emanuel Soare, Beynəlxaq münasibətlər üzrə mərkəzin direktoru Loredana Bloju və Lavinia Geambeinini universitetinizdə səmimi qarşıladığınız üçün, eləcə də tədris sahəsində tərəfdaşlığımızın dərinləşdirilməsi və gücləndirilməsinə dair müzakirə və fikir mübadiləsi imkanlarını yaratdığınız üçün sizə təşəkkür etmək istərdik”.

Məktubda Piteşti Universitetinin rektoru müəllim heyəti və tələbələr üçün Erasmus mobilliyinin sayını genişləndirmək, qarşılıqlı maraq doğuran elmi sahələrdə birgə beynəlxalq konfrans və dərgiləri əlaqələndirmək, ADU-dakı Rumın dili mərkəzinin fəaliyyətini və təsirini gücləndirmək imkanını yaradacaq xüsusi təkliflərlə əməkdaşlığı davam etdirəcəyini bildirib.

SHARE