Məktəblilər ADU-da ekskursiyada olublar

217

Azərbaycan Dillər Universiteti üzrə 2018-2019-cu tədris ilində təşkil olunan pedaqoji təcrübə prosesi Bakı şəhərinin ayrı-ayrı məktəblərində sistemli şəkildə aparılır. Filologiya və jurnalistika fakültəsinin 4-cü kurs 441a,441,441c   qrup tələbələri pedaqoji təcrübəni Bakı şəhərinin Nizami rayonundakı 214 nömrəli məktəbdə keçirirlər.

Tələbələrin Pedaqoji təcrübə metodistləri filologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Hacıyevanın, baş müəllim Şəfaqət Hüseynovanın, Filologiya və jurnalistika fakültəsinin tərbiyə işləri üzrə dekan müavini Səbinə Əliyevanın və Pedaqoji təcrübə üzrə dekan müavini pedaqogika üzrə fəlsəfə doktoru Afət Namətovanın təşkilatçılığı ilə 214 saylı orta məktəbin 5c sinif şagirdləri və sinif rəhbərləri Hüseynova Sahilə Azərbaycan Dillər Universitetində ekskursiyada olublar.

Ekskursiya Filologiya və jurnalistika fakültəsinin əməkdaşı Lalə Nəsibzadənin açılış nitqi ilə başlayıb, daha sonra Afət Namətovaya 214 saylı orta məktəbin rəhbərliyinə, ekskursiyanın təşkilinə və praktikada olan tələbələrə göstərdikləri diqqətə görə öz təşəkkürünü bildirib.

Məktəblilər universitetin muzeyində Ulu öndər Heydər Əliyev haqqında sənədli filmə baxdıqdan sonra onlara Filologiya və jurnalistika fakültəsi adından təşəkkürnamə təqdim edilib.

Məktəblilər Azərbaycan dilçiliyi kafedrasında kafedra əməkdaşları, o cümlədən filologiya üzrə fəlsəfə doktoru, dosent Fazil Əhmədov və müdir müavini filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Ofelya Babayeva ilə görüşüblər.

Şagirdlər Amerika Mərkəzində də olublar. Mərkəzin müdiri Şəhla Xudiyeva şagirdləri Amerika  Mərkəzi haqqında, yaxın tarixdə mərkəzdə təşkil olunacaq tədbirlər haqqında məlumatlandırıb.

SHARE