“İsrail dövlətinin yaranması və Beyzik Lou” mövzusunda seminar keçirilib

91

İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Regionşünaslıq kafedrasının baş müəllimi və Təhsil Nazirliyinin aparıcı mütəxəssisi Hökümə Abbasovanın təqdimatında “İsrail dövlətinin yaranması və Beyzik Lou” mövzusunda seminar keçirilib.

Seminara İsrail dövlətinin yaranması tarixi haqqında informasiya ilə başlayan Hökümə Abbasova ölkənin yaranma tarixi, siyasi sistemi, Knesset və Knessetə seçkilər haqqında geniş məlumat verib. Belə ki, İsrailin atası adlandırılan Teodor Hertselin İsrail dövlətinin yaradılması ilə bağlı fikirləri onun “Judenstaat” kitabında əks olunduğu qeyd edilib.

İsrail dövlətinin yaranmasına qədər baş verən proseslər, dövlətin yaranmasından sonra yaranan qarşıdurma və problemlər, Ərəb-İsrail münaqişəsi, onun həlli yollarına geniş aydınlıq gətirldikdən sonra İsrail dövlətinin konstitusiyası haqqında müzakirə aparılıb.

Belə ki, ölkədə konstitusiyasının olmaması və konstitusiyanı əvəz edən “Beyzik Lou”lar gündəmdə duran mühüm məsələlərdən biri sayılır. Qeyd olunduğu kimi bu, dindar və dünyəvi yəhudilərin həmin məsələyə baxışlarının fərqli olması ilə bağlıdır. Belə ki, dünyəvi yəhudilər bu mövzuya normal yanaşsalar da, dindar yəhudilərin yanaşması fərqlidir və onlar bunu qəbul etmirlər. Seminarda qarşıya qoyulan mövzu haqqında ətraflı məlumat verildikdən sonra mövzuyla bağlı suallar cavablandırılıb.

SHARE