““Dəli Kür” və “Sakit Don” əsərləri arasında paralel” mövzusunda mühazirə təşkil olunub

191

Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Vəfa Kazımovanın XX əsr Azərbaycan neorealizminin banisi,  görkəmli yazıçı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş “İsmayıl Şıxlının “Dəli Kür” və M.Şoloxovun “Sakit Don” əsərləri arasında paralel” mövzusunda  mühazirəsində Təhsil fakültəsinin rus bölməsinin 219 a, 219 b qrup tələbələri iştirak ediblər.

Mühazirədə Sovet dövrü Azərbaycan ədəbiyyatının digər sovet xalqlarının ədəbiyyatı ilə ədəbi əlaqələrindən söhbət açılıb. Dahi Azərbaycan yazıçısı İsmayıl Şıxlı və Nobel laureatı olan  görkəmli rus yazıçısı Mixail Şoloxovun yaradıcılığına müraciət edilib. Vəfa Kazımova İ.Şıxlının “Dəli Kür” və M.Şoloxovun “Sakit Don” əsərləri arasında paralel aparıb, əsərlərdə mövzu yaxınlığı, portret, peyzaj, insanın daxili aləminin dəyərləndirilməsi, prototiplər, “Dəli Kür” romanının avtobioqrafikliyi haqqında məlumat verib.

Mixail Şoloxovun İsmayıl Şıxlı yaradıcılığına təsiri haqqında tələbələrlə diskussiya aparılıb. Mühazirədə  İsmayıl Şıxlı  və Mixail Şoloxov yaradıcılığına müraciət edən tədqiqatçıların fikirlərinə istinad edilib.

SHARE