“Azərbaycanda multikultural dəyərlərin yaşadılması ənənələri” adlı tədbir keçirilib 

162

ADU-nun Təhsil fakültəsinin nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası “Azərbaycanda multikultural dəyərlərin yaşadılması ənənələri” adlı tədbir keçirib. Tədbirdə Təhsil fakültəsinin fransız dili ixtisası üzrə I və III kurs tələbələri, ingilis dili müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Murad Əliyev muğam ifaları ilə və “Xarı bülbül” uşaq rəqs ansamblı öz rəqsləri ilə tamaşaçıları heyran edib.

Tədbirdə Əskər Əliyevin “Fransa və fransızlar” adlı kitabının təqdimatı olub. Müxtəlif millətlərin, o cümlədən Azərbaycanda yaşayan milli azlıqların adət-ənənələri haqqında məlumat verilib və musiqisi səsləndirilib. Bundan əlavə, tədbirdə Mərakeş Aqadir Universitetinin müəllim-təlimçi Adil Elmedi də iştirak edib. O, Mərakeş haqqında, onun mədəniyyəti və mətbəxi haqqında qısa məlumat verib.

Tədbirdə  ADU-nun Sosial məsələləri üzrə müşaviri Ələddin Əliyev, Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov, Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyeva çıxış ediblər.

SHARE