“Azərbaycan və Rumıniya elmi-mədəni əlaqələri: digərini tanıma kontekstində” ustad dərsi keçiriləcək

99

Hörmətli əməkdaşlar, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” II Beynəlxalq elmi konfrans çərçivəsində Azərbaycan Dillər Universitetində qonaq olan  Yasski Universitetinin Slavistika kafedrasının dosenti Lyudmila Bejenaru-nunUlu öndər Heydər Əliyev lektoriyasında saat 11:30-da “Azərbaycan və Rumıniya elmi-mədəni əlaqələri: digərini tanıma kontekstində/ Azerbaijani and Romanian scientific-cultural relations: in the context of the recognition of the other/ Азербайджано-Румынские культурно-научные связи: в контексте познания другого” adlı ustad dərsi (master-class) keçiriləcəkdir.  Maraqlananları ustad dərsdə iştirak etməyə dəvət edirik.

SHARE