ADU-da Olqa Petrovna Vorobyovanın təqdimatında seminar keçirilib

159

Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura və Doktorantura şöbələrinin birgə təşkilatçılığı ilə Filologiya və jurnalistika fakültəsinin nəzdində İngilis dilinin leksikologiya və üslubiyyat kafedrasına təhkim olunmuş Kiyev Milli Linqvistik Universitetinin professoru Olqa  Petrovna Vorobyovanın təqdimatında seminar keçirilib.

“Bədii mətnlərdə ikonlaşma və emosional rezonans anlayışı” mövzusunda keçirilən seminarda professor dildə mövcud olan proseslər və konseptual metafora nəzəriyyəsindən bəhs edib, konseptuallaşmanın müasir dövrdə dillərin inkişafında oynadığı roldan danışıb. Bundan əlavə o, ikonlaşma və emosional rezonans anlayışları ilə bağlı məlumat verib.

Doktorant və magistrlara təqdim edilən seminarda professor müxtəlif nümunələrlə bəhs etdiyi mövzunu işıqlandırıb.

SHARE