ADU-da “Fransızca-Azərbaycanca ictimai-siyasi lüğəti” kitabının təqdimat mərasimi keçirilib

124

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ülfət İbrahimin “Fransızca-Azərbaycanca ictimai-siyasi lüğəti” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev, Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Sevinc Zeynalova, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Tamam Cəfərova, professor Əsgər Zeynalov yeni nəşrdən olunan kitab haqqında öz fikirlərini bildiriblər, kitabın çox faydalı olduğunu və yeni töhfələr verəcəyini vurğulayıblar.

Sonra ADU-nun Magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayeva kitabın müəllifini təbrik edərək, kitab haqqında öz fikirlərini bölüşüb.

Qeyd edək ki, lüğət fransız dilini ixtisas və qeyri-ixtisas dili kimi öyrənən və bu dildən ünsiyyət vasitəsi kimi istifadə edən diplomat kadrlar, xarici dil mütəxəssisləri, tərcüməçilər, habelə ictimai-siyasi mətnləri fransız dilindən Azərbaycan dilinə çevirənlər üçün tərtib edilib.

SHARE