Abduləli İsmayılov Tərcümə fakültəsinin tələbələri ilə görüş keçirib

303

Mayın 21-də ADU-nun rektorunun icra intizama nəzarət işləri üzrə müşaviri Abduləli İsmayılov Tərcümə fakültəsinin tələbələri ilə görüş keçirib. Görüşdə hüquq şöbəsinin baş hüquqşünası Əli Mustafayev, rektorun məsləhətçisi Anar Osmanlı, Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov və Tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədova iştirak ediblər.

İclasda ən mühüm məsələ tələbələrin tədrislə bağlı hüquqları Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən müzakirə olunub. Tələbələr təhsil sistemində verilən qərarlara əsasən, təqaüd məsələləri, kredit sistemi, tələbə hüquqları və s. ilə bağlı məlumatlandırılıb.

Görüşdə qeyd edilib ki, tələbələr öz hüquqları ilə bağlı universitetin hüquqşünasına müraciət edə bilərlər.

Sosial vəziyyəti nəzərə alaraq, müxtəlif kateqoriyalardan olan tələbələrə

(valideynlərini itirmiş, şəhid övladları, məcburi köçkünlər, sosial vəziyyəti aşağı olan və valideyni əlil olan tələbələr) büdcədən pul ayrılması məsələləri müzakirə olunub.

Sonda Anar Osmanlı tələbələri hüquqlarını bilməsinə və nizam-intizam qaydalarına riayət etmələrini məsləhət görüb.

SHARE