Tarixi Abidələrin Mühafizəsi gününə həsr olunan tədbir keçirilib

360

Aprelin 17-də  ADU TGT nəzdində fəaliyyət göstərən Tarix Klubunun təşkilatçılığı ilə “18 aprel – Tarixi Abidələrin Mühafizəsi” gününə həsr olunan tədbir keçirilib.

Tədbirin qonağı Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov olub.

Faiq İsmayılov Tarixi abidələrimizdən, onların  mühafizəsinin əhəmiyyətindən və gənc nəslin mənsub olduğu xalqın tarixini dərindən öyrənməsindən danışaraq bildirib ki, bunun üçün gənclərdə milli-mənəvi tərbiyəni formalaşdırmaq lazımdır. O, tələbələrə tarixi abidələrimizin tanıdılması istiqamətində dəstək göstərəcəyini diqqətə çatdırıb.

ADU-nun Tələbələrlə iş və tərbiyə şöbəsinin baş mütəxəssisi Gülnar Xəlilova Azərbaycan Dillər Universitetinin tələbələrinin daim  mədəniyyətimizin, tariximizin istər ölkə daxilində, istərsə də ölkə xaricində tanıdılması istiqamətində gördüyü işlərdən və gələcəkdə bu sahədə görüləcək işlər barəsində məlumat verib.

SHARE