Dillər Universiteti mediada ən çox adı çəkilən ali məktəblərdən biridir

227

“Media Consulting and Services” media monitorinq qrupu 01-31 mart 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Ali məktəblər sırasında Azərbaycan Dillər Universitetinin (ADU) adı yekun hesabatda II yerdə təyin olunub. Belə ki, mart ayı ərzində ADU-nun adı mətbuatda 1069 dəfə çəkilib.

Monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter, məzmun üzrə təhlil olunur və media reytinq hesablanır. Şirkətin media monitorinq qrupu 12 televiziya kanalı, 13 radio dalğası, 55 çap və 600 online media daxil olmaqla 680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Mart ayının yekun hesabatı belədir:

  1. BDU – 2111
  2. ADU – 1069
  3. BANM – 958
  4. UNEC – 902
  5. ADA – 798
SHARE