Dillər Universiteti Aida İmanquliyevaya həsr olunan məqalələr toplusu çap edib

285

Azərbaycan Dillər Universiteti (ADU) “Aida İmanquliyeva və Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi” məqalələr toplusunu  nəşr edib. ADU Multikulturalizm Elmi Tədqiqat Laboratoriyası tərəfindən nəşrə hazırlanan toplunun Ön sözünün müəllifi ADU-nun rektoru, akademik Kamal Abdulla, redaktorları – dosent İrina Kunina və dosent Nurlanə Mustafayeva, rəyçiləri – tarix üzrə elmlər doktoru, şərqşünas Nərgiz Əliyeva və tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov, tərtibçisi tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovdur.

 Topluda görkəmli Azərbaycan şərqşünası, professor Aida İmanquliyevanın anadan olmasının 78-ci ildönümünə həsr olunmuş “Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi” mövzusunda ADU-da keçirilmiş dəyirmi masanın materialları təqdim edilib. Topluda iqtisad elmləri doktoru Çeşmi Hacıyevanın “Aida İmanquliyevanın multikulturalizmin inkişafında rolu”, dosent Bəsirə Əzizəliyevanın “Aida İmanquliyevanın tədqiqatlarının əsas məziyyətləri: multikultural dəyərlərin öyrənilməsi”, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidovun “Şərqlə Qərb – Aida İmanquliyeva yaradıcılığında fərqli dünyalar, ortaq dəyərlər”, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasovun “Aida İmanquliyevanın yaradıcılığında islam mədəniyyətinin Qərbə təsiri məsələsi” və tarix üzrə fəlsəfə doktoru ƏliFərhadovun “Aida İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış”  məqalələri verilib.

 Həmçinin professor Aida İmanquliyevanın yaradıcılığı işığında ərəb məhcər ədəbiyyatının Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymə kimi təmsilçilərinin əsərləri tədqiq edilib və nümunələr verilib.

SHARE