ADU-da “Reflect your soul” adlı sərgi keçirilib

244

9-10 aprel 2019-cu il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Rəsm klubunun təşkilatçılığı ilə “Reflect your soul” adlı sərgi keçirilib.

Sərginin keçirilməsində əsas məqsəd kluba üzv olan tələbə rəssamlarıın iç dünyalarını əks etdirmək, düşündükləri və hiss etdikləri duyğuları izləyicilərə çatdırmaqdan ibarət olub.

Sərgidə universitetin 20-dən artıq tələbəsi müxtəlif məzmunlu və eyni zamanda fərqli stillərdə çəkilmiş rəsmləri ilə iştirak edib.

Sərgidə 50-dən çox yağlı boya, akvarel, akril, quaş, kömür, sadə karandaş və s. ilə çəkilmiş rəsmlər nümayiş etdirilib. Sərgi müəllimlər və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

SHARE