Ülfət İbrahimin “Fransızca-Azərbaycanca ictimai-siyasi lüğəti” kitabı çap olunub

270

Azərbaycan Dillər Universitetinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ülfət İbrahimin “Fransızca-Azərbaycanca ictimai-siyasi lüğəti” kitabı çap olunub.

Lüğətdə son dövrlərdə mətbuatda işlədilən ictimai-siyasi mənalı söz və söz birləşmələrini, habelə beynəlxalq strukturları – BMT, Avropa İttifaqı (Birliyi), Avropa Şurası, dövlətlər və hökumətlərarası təşkilatlar, onlara aid qurumların adları öz əksini tapıb.

Nəşrdə çoxmənalı ümumişlək söz və söz birləşmələrinə xas olan mənaların hamısı deyil, yalnız ictimai-siyasi mənaları verilib. Eyni zamanda sözlərin sinonim və antonimlər qarşılığı da təqdim olunub.

Lüğət fransız dilini ixtisas və qeyri-ixtisas dili kimi öyrənən və bu dildən ünsiyyət vasitəsi kimi istifadə edən diplomat kadrlar, xarici dil mütəxəssisləri, tərcüməçilər, habelə ictimai-siyasi mətnləri fransız dilindən Azərbaycan dilinə çevirənlər üçün tərtib edilib.

Kitaba əsas beynəlxalq təşkilatların adlarının tam və ixtisar edilmiş formaları, müasir dövrün ən qlobal problemlərindən biri olan mühacirət lüğəti, beynəlxalq təşkilatların, həmçinin Azərbaycanda fəaliyyət göstərən nazirliklər, dövlət qurumlarının adlarının tərcüməsi əlavə edilib.

SHARE