Rektor Filologiya və Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

287

Martın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla universitetin Filologiya və Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.

Rektor K.Abdulla tələbələri görməkdən məmnun olduğunu bildirib:
“Görüşlərin keçirilməsinin bayram ərəfəsinə təsadüf etməsi çox maraqlıdır. Bu gün də Çərşənbədir. Sizin bayramınızı təbrik edirəm. Sizi çox ağıllı tələbələr kimi tanıyıram və fəxr edirəm ki, sizin oxuduğunuz universitetin rektoruyam. Görüşlərimizin mənası odur ki, rektor gərək universitetin nəbzini tutsun, tələbə-müəllim həyatından, universitetdə gedən proseslərdən xəbərdar olsun. Tələbələr universitetin əsas mənəvi həyatının göstəriciləridir. Mən istəyirəm ki, sizi üzünüzdəki gülüş, təbəssüm heç vaxt əskik olmasın. İşimizi elə quraq ki, aramızda heç bir maneə olmasın”.

Universitet rəhbəri tələbələrin kitabxana, dərs vəsaitləri, təqaüdlər, tədris prosesi və digər məsələlərlə bağlı təklif və iradlarını dinləyib, suallarını cavablandırıb, qeyd olunan məsələlərin həlli istiqamətində tapşırıqlarını verib.

SHARE