Kamal Abdulla Təhsil fakültəsinin tələbələri ilə görüşüb

185

Martın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla qrafik üzrə universitetin Təhsil fakültəsinin tələbələri ilə görüşüb.

Rektor tələbələri görməkdən, onlarla mütəmadi olaraq görüşməkdən məmnun olduğunu deyib. O, bildirib ki, martın 12-də Filologiya və Jurnalistika fakültəsinin tələbələri ilə faydalı görüş keçirilib:

“Tələbələrlə görüşəndə mən özüm də daxilən zənginləşirəm, müəyyən məsələlərə baxışım dəyişir, universitetdaxili prosesləri daha aydın şəkildə görə bilirəm. Bu, təkcə tələbələr üçün yox, mənim özüm üçün də çox vacibdir. Mən sizin suallarınızı, təkliflərinizi dinləyəmə, sizi narahat edən məsələləri aradan qaldırmağa hər zaman hazıram“.

Kamal Abdulla əlavə edib ki, bütün fakültələr üzrə görüşlər bundan sonra da davam edəcək.
Daha sonra universitet rəhbəri tələbələrin texniki təchizat, tədris prosesi və başqa məsələlərlə bağlı təklif və iradlarını dinləyib, onların suallarını cavablandırıb, qeyd olunan məsələlərin həlli istiqamətində tapşırıqlarını verib.

SHARE