ADU-nun Konfutsi İnstitutunda ədəbi gecə keçirilib

213

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ədəbi gecə keçirilib.

 Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov tamaşaçıları bayram münasibəti ilə təbrik edərək, yüksək mənəvi duyğular, düşüncələr, ənənəvi dəyərlərə hörmət – böyüklərə hörmət, ailəyə qayğı, sevgi, dostluq və sədaqət kimi yüksək insani hisslər ilə dolu Çin poeziyası haqqında danışıb. R. Abbasov  həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın “Ana, getmə!” adlı şeirini Çin dilində oxuyub.

Sonra ADU-nun çinşünas tələbələri arasında müasir Çin şairlərinin şeirlərindən ibarət müsabiqə təşkil edilib. İştirakçıların çıxışları ifadəli oxu, ədəbi danışıq, həssaslıq və perfomansın orijinallığı meyarlarına əsasən qiymətləndirilib. Daha sonra müsabiqənin bütün iştirakçılarına mükafatlar təqdim olunub.

Sonda qonaqlar Çin çay dəmləmə mərasimində iştirak edərək, həmçinin Çinin məşhur yeməklərini dadıblar.

SHARE