Rumın dili və mədəniyyət mərkəzi

406

Rumın Dili və Mədəniyyəti Mərkəzi 13 iyul 2018-ci il tarixində Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycanın Rumıniya Respublikasındakı səfirliyinin təşəbbüsü ilə açılıb.

Strateji Baxış

Mərkəz Rumın dilinin, mədəniyyətinin təbliğ olunması, ölkələrarası əlaqələrin daha da genişlənməsi, dövlətlərin bir-birini yaxından tanımağı, birgə işlərin həyata keçirilməsi məqsədi ilə yaradılıb.

Əsas Hədəflər

  • Azərbaycanda Rumın mədəniyyətinin, dəyərlərinin mühafizəsi və ötürülməsi
  • Rumın mədəni irsinin bütövlüyü və inkişafı
  • Rumıniya və Azərbaycan arasındakı mədəni mübadilənin beynəxalq əməkdaşlığı

Fəaliyyətlər

Rumın dili və mədəniyyəti mərkəzi aşağıdakı layihələri  təklif edir:

  • Mədəni və bədii fəaliyyətlərin, o cümlədən davamlı təhsil proqramlarının təşkili və idarəsi,
  • Azərbaycanda Rumın dili, mədəniyyəti və sivilizasiyasını dəstəkləyən layihələrin təşkili,
  • Müsabiqə və festivalların təşkili,
  • Akademik, elmi, mədəni, iqtisadi və sosial mövzular haqqında, həmçinin, Rumıniya və Azərbaycan arasındakı əlaqələrlə bağlı simpozium, forum, konqres, və sərgilərin təşkili,
  • Sənədləşmə
  • Maraqlananlar üçün Rumın dili və mədəniyyəti ilə əlaqəli təlim və kursların təşkili,
  • Rumın sənədli filmlərinin nümayişi,
  • Rumın mədəniyyət axşamlarının təşkili,
  • Rumın institutları ilə əməkdaşlıq,
  • Rumın dili dərsləri,
  • Azərbaycan mədəniyyət mərkəzləri ilə əməkdaşlıq.

Rumıniyanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış olmaq məqsədi ilə  mərkəzdə rumın və rus dillərində kitab və jurnalları olan zəngin kitabxana fəaliyyət göstərir. Kitablar mədəniyyət, tarix, siyasət, ədəbiyyat, din və dil kateqoriyaları üzrə qruplaşdırılıb. Mərkəz Rumıniyanın ölkəmizdəki səfirliyi  ilə mütəmadi olaraq sıx əməkdaşlıq edir.

Rumın Dili və Mədəniyyəti Mərkəzi Beynəlxalq əlaqələr departamentinin tərkibində aşağıdakı şəkildə fəaliyyət göstərir.

  • Baş mütəxəssis
SHARE