Maria Elisabetta Alberti Kasellati

441

Maria Elisabetta Alberti Kasellati 12 avqust 1946-cı ildə Roviqo şəhərində anadanolub. Ferrara Universitetində hüquqşünaslıq ali təhsili alıb. 2004-2006-cı illərdə Berluskoninin ikinci və üçüncü hökumətlərinin Səhiyyə Nazirliyində kiçik dövlət katibi,12 may 2008-ciildən 16 noyabr 2011-ci ilə qədər isə dördüncü Berluskoni hökumətinin Ədliyyə Nazirliyində çalışıb.

2014-  cü il 14 sentyabrda parlamentin hər iki palatasının birgə iclasında 489 səs toplayaraq (təxminən 75%) Magistratura Ali Şurasının tərkibinə seçilib. 2018-ci ildə yenidən Senata seçilib.

2018-ciilmartın 4-də parlament seçkiləri nəticəsində Venesiya hissəsi üzrə yenidən Senata seçilib.

2018-ciil 24 mart tarixində senatorların 319 səsindən 240-nı toplayaraq Senatın sədri seçilib və İtaliya tarixində bu vəzifəni (ölkədəki ikinci ən böyük vəzifə) tutan ilk qadın olub. Həmçinin, İtaliyatarixində ən yüksək vəzifəyə çatan qadındır.

Oktyabrın 18-də Azərbaycan Respublikasının Birincivitse-prezidenti Mehriban Əliyeva İtaliya Respublikasının Senatının  sədri  Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.

Oktyabrın 19-da Dünyada XVIII İtalyan dili həftəsi çərçivəsində Bakıda olan İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən Azərbaycan və İtaliya arasında ictimai-siyasi, humanitar, elm və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsinə və iki ölkənin xalqları arasında dostluq əlaqələrinin gücləndirilməsinə verdiyi töhfələrə görə ADU-nun fəxri doktoru adı ilə təltif olunub.

SHARE