“Frankofoniya beynəlxalq nitq müsabiqəsi” elan edilib – QAYDALAR

353

Frankofoniya Universitet Agentliyinin #AUF (Agence Universitaire de la Francophonie) dəstəyi, Frankolorés, Belçika – Wallonie və ya Belçika Fransız birliyinin və Macarıstan Fransız İnstitunun  birgə əməkdaşlığı çərçivəsində “Frankofoniya beynəlxalq nitq müsabiqəsi” elan edilib.

Müsabiqənin şərtlərinə görə:

– Frankofoniya Universitet təşkilatına üzv olan fransızdilli universitetlərin və eləcə də Macarıstan Universitetinin bütün tələbələri müsabiqədə iştirak edə bilərlər;

– İlk sınaq mərhələsində iştirakçılar təşkilat komitəsi tərəfindən təqdim olunan mətni  3–5 dəqiqə ərzində şərh etməlidirlər;

– İkinci sınaq mərhələsində iştirakçıların özləri sərbəst şəkildə seçdikləri mətni 3–5dəqiqə ərzində şərh etməlidirlər;

– Qaliblər Fransada təlim kursu keçmək şansı və Belçikaya səyahət əldə edəcəklər;

– Müsabiqədə iştirak etmək istəyən tələbələrin 25 yanvar 2019-cu il tarixinə kimi online qeydiyyatdan keçmələri mütləqdir;

Müsabiqənin şərtləri ilə bağlı digər ətraflı məlumatları əldə etmək üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur:

https://www.auf.org/nouvelles/appels-a-candidatures/appel-a-candidatures-concours-international-francophone-deloquence/

 Contact: [email protected]

SHARE