ADU tələbələri Rus Pravoslav kilsəsinə səfər ediblər

306

Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika, Təhsil fakültələrinin I kurs tələbələri “Multikulturalizmə giriş” fənni çərçivəsində Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimləri Leyla Hacıyeva və Jalə Əsədovanın təşkilatçılığı ilə Rus Pravoslav kilsəsinə səfər ediblər.

Səfər zamanı dini tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda etnik qrupların birlikdə yaşama təcrübəsi mövzularında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Tələbələr Rus Pravoslav kilsəsi ilə yaxından tanış olub, onlara multikulturalizm dəyərlərinin qorunması və təbliği sahəsində Azərbaycanda görülmüş işlər barədə ətraflı məlumat verilib, bununla bağlı canlı müzakirələr aparılıb.

Qeyd edilən ekskursiya və müzakirələr tələbələrin böyük diqqət və marağına səbəb olub.

SHARE