ADU-da keçirilən fakültələrarası yarışların qalibləri məlum olub

418

17-20 noyabr tarixlərində Azərbaycan Dillər Universitetində Milli Dirçəliş Günü münasibəti ilə mini futbol və stolüstü tennis üzrə fakültələrarası yarış keçirilib. 18 komandanın qatıldığı mini futbol üzrə yarışda I və III yerləri Təhsil fakültəsinin komandaları, II yeri isə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin komandası tutub.

Stolüstü tennis üzrə oğlanlar arasında keçirilən yarışlarda isə I yerə Təhsil, II yerə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələri layiq görülüb, qızlar arasında yarışda müvafiq yerlərdə isə Beynəlxalq münasibətlər və idarəetmə, SABAH qrupları tələbələri qərarlaşıb.

Daha bir turnir isə 10-12 dekabr tarixlərində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı keçirilib. Fakültələr arasında keçirilən turnirdə ADU tələbələri şahmat, dama və badminton üzrə güclərini nümayiş etdiriblər.

Hər iki yarışın qalibləri diplom və medallarla təltif olunub, onlara hədiyyələr təqdim edilib.

SHARE