Tələbələr “Kamança” pyesini ingilis dilində səhnələşdiriblər

168

Azərbaycan Dillər Universitetində (ADU) görkəmli yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin “Kamança” pyesi səhnələşdirilib. ADU-dan bildirilib ki, Səadət Nəbiyevanın rejissorluğu ilə hazırlanan tamaşa universitetin tələbələri tərəfindən ingilis dilində təqdim olunub. ADU-nun rektoru, akademik Kamal Abdulla pyesin universitetin tərcümə və mədəniyyətşünaslıq, filologiya və jurnalistika fakültələrinin təşəbbüsü əsasında səhnələşdirildiyini bildirib. O əlavə edib ki, tələbələrin belə bir əsəri hazırlaması onların potensialının yüksək səviyyədə olmasının göstəricisidir. Daha sonra rektor səhnələşdirilən əsər barədə danışıb: “Kamança pyesi” xalqımızın tolerantlığını və multikultural mahiyyətini üzə çıxaran bir əsərdir. Bu əsərdə xalqımızın dəyanətli və rəhmli olması dünyaya nümayiş olunur”. Rektor tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Tamaşa başa çatdıqdan sonra universitetin tələbələri Azərbaycanın multikulturalizm modeli haqqında müxtəlif dillərdə çıxış ediblər.

http://palitranews.az/news.php?id=95528

SHARE