“Analitik düşüncə” klubu dəyirmi masa keçirib

575

Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının nəzdində olan “Analitik düşüncə” klubu Heydər Əliyev lektoriyasında “Beynəlxalq münasibətlərin aktual məsələləri: lobbizm və mütəşəkkil cinayətkarlıq” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə kafedranın baş müəllimi h.ü.f.d. Mehriban Babaxanova və müəllim Aysel Bağırova çıxış ediblər. Mehriban Babaxanova lobbiçilik haqqında tələbələrə məlumat verərək bildirib ki, müasir zamanda lobbiçilik uzun tarixi xüsusiyyətlərdən irəli gələrək bəzi hallarda mənfi olaraq qarşılanır. Mehriban Babaxanova eyni zamanda lobbiçiliyin qanunverici hakimiyyətə və dövlət idarəçiliyinə təsirindən danışıb. Qeyd olunub ki, hal-hazırda ABŞ, Rusiya, Böyük Britaniya və Aİ-da lobbiçiliyin fəaliyyəti güclüdür. Daha sonra kafedranın müəllimi Aysel Bağırova mütəşəkkil cinayətkarlıq və onunla mübarizə yolları haqqında tələbələrə geniş və maraqlı məlumat verib.

Müzakirə zamanı tələbələr öz fikirlərini bölüşüblər.  

SHARE