TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ! “BİR GÜNLÜK XƏLİFƏ” Tələbə Günü keçiriləcək

661

TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

13 DEKABR 2018-ci il tarixində

“Auditoriya+” proqramı çərçivəsində

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ

“BİR GÜNLÜK XƏLİFƏ” Tələbə Özünüidarəetmə Günü keçiriləcək

Məlumat:  “Bir günlük xəlifə” tələbərlərin universitetin rəhbər sturukturlarını bir gün ərzində idarə etməsini nəzərdə tutur. Həmin gün ərzində rəhbər vəzifələri icra edən tələbələrin qəbul etdikləri qərarlar tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər bir gün ərzində icra etdikləri vəzifənin birgünlük maaşını alır. Vəzifələri tutan şəxslər həmin gündən Universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətinin davam etdirir. Universitetin hər bir tələbə və magistrantı layihədə iştirak edə bilər. Aşağıda adları qeyd edilən vəzifələri tutacaq tələbələr öz tələbə yoldaşları tərəfindən universitetin Akt zalında təşkil olunan seçki prosesində açıq səsvermə yolu ilə seçilir.

Tələbələr aşağıdakı vəzifələri tutmaq üçün öz namizədliyini verə bilər:

  1. Rektor
  2. Tədris işləri üzrə prorektor
  3. Elmi işlər üzrə prorektor
  4. Beynəlxalq əlaqələr üzrə prorektor
  5. Tərbiyə işləri üzrə prorektor
  6. Təhsil fakültəsinin dekanı
  7. Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı
  8. Filologiya və jurnalistika fakültəsinin dekanı
  9. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı
  10. Əlavə təhsil və təcrübə fakültəsinin dekanı
  11. SABAH qrupunun dekanı
  12. Magistratura şöbəsinin müdiri
  13. Doktorantura şöbəsinin müdiri
  14. Kitabxana şöbəsinin müdiri
  15. Tələbə şöbəsinin müdiri
  16. Amerika mərkəzinin müdiri
  17. İndoneziya Araşdırmaları mərkəzinin müdiri
  18. İsrail və Yaxın Şərq Mərkəzinin müdiri
  19. Hindi dili və mədəniyyəti mərkəzinin müdiri
  20. Avstriya mərkəzinin müdiri
  21. Fransa məlumat mərkəzinin müdiri
  22. Yaponiya Araşdırmalar mərkəzinin müdiri
  23. İtalyan dili mərkəzinin müdiri
  24. Frankofoniya mərkəzinin müdiri
  25. Alman oxu zalının müdiri
  26. Koreya mədəniyyət mərkəzinin müdiri
  27. İspan dili mərkəzinin müdiri
  28. Skandinaviya mərkəzinin müdiri
  29. Rumıniya Mərkəzinin müdiri
  30. Serbiya Mərkəzinin müdiri
  31. Mətbuat katibi
  32. Müəllim Həmkarlar Təşkilatının sədri

Qeyd: Vəzifələrin tutulmasına namizdəliyini vermiş şəxslər dekanlıqdan xüsusi anket formasını götürərək tam doldurub Tələbə Gənclər Təşkilatına təqdim edir. Müraciətlərə əsasən  namizədlər seçim turlarına dəvət olunurlar. Layihənin növbəti mərhələləri ilə bağlı namizədlərə əlavə  məlumat veriləcək.

Bu proyektdə istənilən vəzifə üzrə əvvəl qalib olan şəxslər müsabiqəyə müraciət təqdim edə bilməzlər.

Müraciətlərin son qəbul tarixi: 2 noyabr 2018-ci il

Müraciətlərin qəbul ünvanı: Əsas bina, 4-cü mərtəbə TGT otağı – 424, İkinci tədris binası 5-ci mərtəbə TGT otağı – 500.

SHARE