Tələbə Elmi Cəmiyyəti Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsi ilə birgə tədbir keçirib

555

Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyəti Beynəlxalq Münasibətlər və İdarəetmə (BMİ) fakültəsi ilə birgə “Birləşmiş Millətlər Təşkilatı günü”nə həsr olunmuş tədbir keçirib. Tədbir “Qlobal problemlərin həllində BMT-nin rolu” mövzusunda olub.

BMİ TEC-in sədri Qasım Tahirov toplantının əhəmiyyətindən danışıb.

Daha sonra Bakı şəhəri 90 nömrəli orta məktəbin 10-cu sinif şagirdi Gülşən Bayramova “BMT-nin yaranma tarixi və məqsədləri”, BMİ fakültəsi 154A qrup tələbəsi Aysel Şirəliyeva “BMT nəzdində fəaliyyət göstərən təşkilatlar”, 171A qrup tələbəsi Nərgiz Abbasova “BMT və Azərbaycan”, 345A qrup tələbəsi Rəhilə Abdullayeva “Qloballaşan dünyamızda BMT-nin əhəmiyyəti” mövzularında çıxışlar ediblər.

TEC-in sədri Lamiə Muğalova BM və İdarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyliyə və tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə – tələbələrə,  xüsusi ilə  90  nömrəli orta məktəbin 10-cu sinif şagirdi Gülşən Bayramovaya öz təşəkkürünü bildirib. O, yeni tədris ilində bu kimi tədbirlərin, dəyirmi masaların, seminarların hər hansı bir mövzu ətrafında keçiriləcək diskursiyaların ardıcıl olacağını vurğulayıb.

Daha sonra ADU TEC sədri Lamiə Muğalova və ADU BMİ fakültəsinin dekanı İbrahim Kazımbəyli “Birləşmiş Millətlər Təşkilatı günü”nə həsr olunmuş “Qlobal problemlərin həllində BMT-nin rolu” tədbirinə yekun vurublar.

SHARE