ADU-da məzunlar assosiasiyası yaradılacaq

1015

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə universitetin məzunlarından ibarət assosiasiyanın təşkil edilməsinə dair  İşçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri 1982-ci ilin məzunu, iş adamı İlqar Kərimov təyin olunub.

Rektor tərəfindən tapşırılıb ki, bu sahədə beynəlxalq təcrübə öyrənilsin və assosiasiyanın yaradılması üçün lazım olan tədbirlər görülsün.

Eyni zamanda universitetin müvafiq qurumlarına İşçi qrupa lazım olan köməkliyin göstərilməsi tapşırılıb. Assosiasiyanın yaradılmasında əsas məqsəd universitet və məzunlar arasında körpü yaradaraq əməkdaşlıq qurmaqdır. Bu, həm məzunlar, həm də tələbələr üçün faydalı olacaq.

Məqsəd eyni zamanda ADU-nun brendini məzunlar vasitəsi ilə Azərbaycanda və ölkə sərhədlərindən kənarda yüksəltməkdən ibarətdir.

SHARE