ADU-da Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib

452

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdində Qafqazşünaslıq kafedrasının təşkilatçılığı ilə 18 Oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyli, dekanlıq nümayəndələri, kafedra əməkdaşları və tələbələr iştirak edib.

Açılış nitqi ilə çıxış edən Qafqazşünaslıq kafedrasının baş müəllimi Asif Abbasov tədbirin Azərbaycan tarixində mühüm hadisə kimi yer tutan Dövlət Müstəqilliyi Gününə həsr olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan XX əsrdə, mürəkkəb tarixi bir şəraitdə Xalq Cümhuriyyəti və müstəqil Azərbaycan Respublikasının timsalında iki dəfə müstəqillik əldə edib.

Daha sonra Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalov, kafedranın əməkdaşları – Hüseyn Əsgərov, Namik Kərimov, Şəlalə Bağırova, Ramin Quliyev XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait barədə danışıblar.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

SHARE