ADU-da Camal Sürəyyanın yaradıcılığına həsr olunan mühazirə təşkil olunub

659

Filologiya və jurnalistika fakültəsinin Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan 226 a/b və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan 230 a/b qruplarının tələbələri ADU-nun ulu öndər Heydər Əliyev lektoriyasında Qismət Rüstəmovun moderatorluğunda “XX əsrdən günümüzə müasir türk şeirləri” adlı mühazirədə iştirak ediblər.

Mühazirə Bakı Yunus Emre İnstitutu tərəfindən təşkil olunub. Yunus Emre İnstitutunun müdiri  Dr. Cihan Özdemir, Azərbaycan Dillər Universitetinin tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov və Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli də mühazirədə iştirak ediblər.

Universitetin tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov açılış nitqi edərək qonaqları salamlayıb. O, mühazirənin əhəmiyyətindən danışıb, Yunus Emre İnstitunun ədəbiyyatın təbliği istiqamətində gördüyü işləri yüksək dəyərləndirib.

Cihan Özdemir özü də akademik mühitdə çalışdığından, tələbələr arasında olduğu üçün məmnunluğunu bildirib və bu mühazirənin də dərsin bir hissəsi  olduğunu qeyd edib. Öz sahələrində mütəxəssis olan ədəbi yazıçı və akademiklərin iştirak etdiyi yığıncaqlarda hər ay türk ədəbiyyatının görkəmli ədiblərinə yer verilir. Tədbirdə Camal Sürəyyanın “Biliyorum sana giden” şeiri oxunub ve başqa daha gözəl şeirləri haqqında danışılıb, müzakirələr aparılıb.

Tədbirin sonunda Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli çıxış edərək Cihan Özdemirə və Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Qismət Rüstəmova minnətdarlığını bildirib. Dekan bu cür tədbirlərin Filologiya və jurnalistika tələbələri üçün təşkil olunmasının onların bu ixtisası sevmələrində xüsusi rolu oynadığını vurğulayıb.

SHARE