ADU-da Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş tədbir keçirilib

770

Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş tədbir keçirilib.

 Tədbiri giriş sözü ilə açan fakültə dekanı Bənövşə Məmmədova  fakültədə ingilis, alman, fransız, ispan, italyan, koreya dilləri üzrə  635 tələbənin təhsil aldığını qeyd edib.  Dekan nəzərə çatdırıb ki, bu gün respublikamızda fəaliyyət göstərən xarici şirkətlərdə, səfirliklərdə, nazirliklərdə və digər müəssisələrdə, eləcə də müxtəlif səviyyəli tədbirlərdə  dil sədlərini aradan qaldıran mütəxəssislərin əksəriyyəti Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin məzunlarıdır.

Tədbirdə iştirak edən “Şəms” tərcümə mərkəzinin rəhbəri, ASAN xidmətinin tərcümə və apostil xidmətlərinin rəhbəri Nəsimi Həsənov tərcümənin növlərindən, hansı dillərə daha çox tələbat olduğundan, eləcə də tərcümə bazarında bugunkü tələblərə uyğun meyarlar haqqında danışıb, tələbələrin suallarını cavablandırıb.

Rektorun məsləhətçisi Anar Osmanlı tələbələrə rəhbərliyin qayğısından, bu sahədə görülən işlərdən söz açıb.

SHARE