Təhsil fakültəsinin 4-cü kurs tələbələrinin Tarix muzeyinə tənəzzöhü təşkil olundu

638

17 may 2018 –ci il tarixdə Nərimanov rayonu 304 saylı məktəb-liseydə pedaqoji təcrübə keçən Təhsil fakültəsinin 4-cü kurs tələbələrinin Tarix muzeyinə tənəzzöhü təşkil olundu. Bu tədbir Linqvokulturologiya kafedrasının dosenti Tofiq Quliyev, 2-ci xarici dil kafedrasının müəllimi Yazgül Abbasova və xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Jalə Salmanova tərəfindən keçirildi. Təcrübəçi tələbələr muzeydə olan eksponatlarla yaxından tanış oldular və  Azərbaycanın tarixi ilə bağlı biliklərini möhkəmlətdilər. Tələbələr tənəzzöhdən çox zövq aldılar və muzeyi böyük təəssüratlarla tərk etdilər.

SHARE