ADU-nun fəaliyyəti ilə bağlı tanıtım

494

Mingəçevir şəhərində yerləşən  47 saylı Ağdam köçkün tam orta məktəbində pedaqoji təcrübə keçən tələbələrin və metodist müəllim Qələmşah Heybətovun təşəbbüsü ilə ADU – nun kataloqunun təqdimat mərasimi keçirilib.

Tədbirdə məktəbin direktoru Zülfiyyə Əliyeva məzunu olduğu universitet haqqında xoş sözlər deyib və bəzi müəllimlərini xatırlayıb.

Q.Heybətov 1974-cü ildən taleyini o vaxtkı SSRİ-nin 50 illiyi adına APXDİ, bugünkü ADU-ya həsr edən bir şəxs kimi bütün sabiq rektorlar haqqında qısa məlumat verib. O, universitetə akademik Kamal Abdullayevin rəhbərlik etdiyi qısa müddət ərzində həyata keçirdiyi struktur dəyişikliklər, yaradılmış yeni elmi-tədqiqat laboratoriyaları, təkcə doğma təhsil ocağımız üçün deyil, eyni zamanda müstəqil respublikamız üçün çox mühüm əhəmiyyət kəsb edən Germanistika İnstitutunun açılmasının böyük dəyəri barədə iştirakçılara məlumat verib.

Təcrübəçi tələbələr universitetdə mövcud olan dekanlıqlar, kafedralar, şöbələr, elmi – tədqiqat laboratoriyaları, kitabxana, tədris korpuslar və s. haqqında şagirdləri məlumatlandırıblar. Təcrübəçi tələbə Elnur Bəşirov tərəfindən ingilis dilinə tərcümə edilmiş tədbir şagirdlər və müəllimlərin böyük marağına səbəb olub.

Sonda məktəb kollektivivni maraqlandıran suallar cavablandırılıb.

SHARE