ADU-da “AXC-nin qurulması və fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib

508

Aprelin 30-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycanşünaslıq ETL-nın təşkilatçılığı ilə “AXC-nin qurulması və fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib. “Gənc Azərbaycanşünaslar” dərnəyinin üzvlərinin iştirakı ilə baş tutan dəyirmi masada mühazirələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Açılış nitqi ilə çıxış edən Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva AXC-nin 100 illiyi münasibəti ilə ilboyu müxtəlif səpkili tədbirlər keçiriləcəyini qeyd edib. O, bildirib ki, hazırda Azərbaycan Dillər Universiteti, Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfransın bölmələrindən biri məhz AXC ilə əlaqəlidir.

Sonra Filologiya və jurnalistika fakültəsinin tələbələri Türkan Cəfərli “AXC dövründə əldə olunan nailiyyətlər”, Həyat Hacıyeva “AXC qurucuları”, Kəmalə Həsənova “Cümhuriyyətə işıq saçan qadınlar”, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbəsi Aysel Zakirli isə “AXC dövründə ordu” mövzularında çıxış ediblər.

Dəyirmi masa müzakirələrlə başa çatıb.

SHARE