İnformasiya Texnologiyaları kafedrası

1698

İnformasiya texnologiyaları kafedrası 1991-ci ilin fevralında “İnformatika və  TTV” adı  ilə yaradılmış, 1997-2013-cü  illərdə isə “Riyaziyyat və informatika” kafedrası kimi fəaliyyət göstərmişdir. 2013-cü ilin dekabr ayından kafedra “İnformasiya texnologiyaları” kafedrası adlanır. Kafedranın 17 nəfər əməkdaşı var. Belə ki, kafedrada 10 nəfər dosent, 4 nəfər baş müəllim, 1 nəfər müəllim, 2 nəfər laborant vəzifələrində çalışır. Hazırda kafedraya fizika-riyaziyyat elmləri namizədi, dosent Fikrət İbiyev rəhbərlik edir.

İnformasiya texnologiyaları kafedrası ümumuniversitet kafedrası olduğundan bütün fakültələrdə pedaqoji fəaliyyət göstərir. Eyni zamanda digər universitetlərin müvafiq kafedraları ilə sıx əlaqələr saxlayır. O cümlədən, kafedra müştərək seminarların keçirilməsi, dərsliklər, dərs vəsaitləri və elmi məqalələrin hazırlanması və müzakirəsi, elmi-praktik konfransların keçirilməsində fəal iştirak edir. Kafedrada tədris olunan fənlər üzrə dərsliklər, dərs vəsaitləri və fənn proqramları hazırlanır.

Kafedra təhsildə və elmdə informasiya texnologiyaları istiqaməti üzrə elmi tədqiqat işləri aparır. O cümlədən kompüter dilçiliyi sahəsinin bəzi məsələləri, maliyyə və mühasibat işlərinin avtomatlaşdırılması, tibbi statistika məsələlərinin həlli və s.

Kafedrada “İcmal Hesabat”  adlı tətbiqi proqram paketi hazırlanmışdır. Kafedra əməkdaşalrı Tempus proqramı çərçivəsində, ECDL (European Computer Driving Licence) sertifikat proqramı layihəsində iştirak etmişdir. Hazırda kafedra əməkdaşalrı ECDL beynəlxalq sertifikat proqramının təlimlərini təşkil edir.

Həmçinin kafedra müvafiq istiqamətlər üzrə müxtəlif universitetlərdən daxil olan elmi işlər və dərs vəsaitlərinə rəylər verir.

Kafedrada nəşr olunmuş yeni vəsaitlər

  1. O. Məmmədov, F.T. İbiyev, MS Windows 7 + Office 2010, Dərs vəsaiti, I hissə, Bakı, Mütərcim, 2018, 473 s.
  2. O. Məmmədov, F.T. İbiyev, MS Windows 7 + Office 2010, Dərs vəsaiti, II hissə, Bakı, Mütərcim, 2018, 556 s.
  3. O.Məmmədov, F.T.İbiyev, MS PowerPoint 2010, Bakı, Mütərcim, Dərs vəsaiti, 2018, 175 s.
  4. M.Həsənova, MS Access 2010, Mütərcim, Bakı, 2017, 145 s.
  5. Məmmədov, F.İbiyev, Microsoft Excel 2010, Dərs vəsaiti, Bakı, Radius nəşriyyatı nəşriyyatı, 2016, 256 s.
  6. Məmmədov, F.İbiyev, Microsoft Word 2010 proqramı, Dərs vəsaiti, Bakı, Radius nəşriyyatı, 2015, 320 s.
  7. Мüslümov, A.Hacıyev,F.Babayev, Microsoft Excel 2010, Dərs vəsaiti, Bakı, UniPrint nəşriyyatı, 2015, 222 s.
  8. Мüslümov, A.Əmrahova, Z.Səmədova , Microsoft Word 2010, Dərs vəsaiti, Bakı, UniPrint nəşriyyatı, 2015, 374 s.
  9. Məmmədov, F.İbiyev, Ə.Aslanov, Microsoft Windows 7 əməliyyat sistemi, Dərs vəsaiti, Bakı, Oka Ofset nəşriyyatı , 2014, 360 s.
  10. İbiyev, F.Məmmədov, E.Seyidzadə, Kompüterin əsasları və əməliyyat sistemləri, Təlim vəsaiti, Bakı, Şərq-Qərb nəşriyyatı, 2014,132 s.
  11. Məmmədov, F.İbiyev, Ə.Aslanov, Ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri, Dərs vəsaiti, Bakı, Radius nəşriyyatı , 2013,160 s.
  12. Məlikov, V.Müslümov, A.Hovruzov, Tətbiqi dilçilik məsələlərinin MS OFFICE-də həlli, Dərs vəsaiti, Bakı, UniPrint nəşriyyatı , 2012, 256 s.

 

Kafedranın tədris etdiyi fənlər:

Kafedrada tədris olunan fənlər müxtəlif ixtisas hazırlıqları üzrə təklif edilir. Ümumilikdə isə fakültələr üzrə bakalvr pilləsində aşağıdakı fənlər tədris olunur:

İnformatika və kompüter texnologiyası;

İnformatika;

İnformatika və təhsildə İKT;

İnformatika fənləri ADU-nun bakalavr pilləsində tədris planına uyğun olaraq   1(bir) semestr ərzində praktik məşğələ şəklində tədris olunur.

Göstərilən fənlərin tədrisində bakalavrlar informasiya və kompüter  texnologiyalarının əsas anlayışları, arxitekturası, proqram təminatı haqqında biliklər əldə edirlər. Onlar müasir əməliyyat sistemlərindən biri olan Windows sisteminin imkanlarını mənimsəyirlər. Eləcə də Microsoft Ofis paketinə daxil olan tətbiqi proqramlarla işləmək vərdişləri qazanırlar. Aldıqları bilikləri müxtəlif məzmunlu praktiki tapşırıqların həllinə tətbiq edərək daha da möhkəmləndirirlər.

Həmçinin müasir informasiya proseslərinin əsasında duran kompüter şəbəkələri, o cümlədən beynəlxalq kompüter şəbəkəsi internet haqqında geniş nəzəri biliklərə yiyələnir və internet xidmətlərindən lazımi səviyyədə istifadə edə bilirlər.

Müxtəlif istiqamətlər üzrə təhsil alan bakalavrların  qeyd olunan fənlərin müasir dövrün tələblərinə uyğun  tədrisi nəticəsində əldə etdiyi nəzəri və praktiki biliklər onların gələcək fəaliyyətində mühüm rol oynayır.

 

 

Əlaqə

Tel: (+99412) 564-22-47 (daxili 230)

 

SHARE