Azərbaycan dilçiliyi kafedrası

2065

1948-ci ildə təşkil olunmuş Azərbaycn Xarici Dillər İnsitututu nəzdnində  Azərbaycan dilçiliyi kafedrası yaradılmışdır. Kafedra təşkil olunan gündən dosent İsmayıl Rəsul oğlu Əfəndiyev kafedraya müdir təyin olunmuşdur. 1956-cı ildə O, Qiyabi Pedaqoji İnstituta getdiyi üçün dosent Qulam Kərim oğlu Bağırov 1966-cü ilə qədər Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 1966-cı ildən kafedranın bazasında “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan dili və tədrisi metodikası” və “Müasir Azərbaycan dili” kafedrası təşkil olunmuşdur. “Azərbaycan dili və tədrisi metodikası” kafedrasının müdiri Bəşir Əhmədov, Müasir Azərbaycan dili kafedrasının müdiri Bəşir Əhmədov, “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri isə professor Mirzəağa Quluzadə oldu. Bundan sonra bir müddət Azərbaycan dili və ədəbiyyatı kafedrasına Abbas Hacıyev rəhbərlik etmişdir. 1970-75-ci illərdə insitutda “Ümumi dilçilik” kafedrası yaradılmış və “Müasir Azərbaycan dili” kafedrası ondan ayrılmışdır. Bu müddətdə Azərbaycan dili və ədəbiyyatı kafedrasına Firəngiz Ağayeva müdirlik etmişdir. Ümumi dilçilik kafedrasına isə 1970-73-cü illərdə isə Zenfira Verdiyeva, 1973-756-ci ilə qədər prof. Z. Tağızadə rəhbərlik etmişdir. 1984-88-ci illər arasında “Azərbaycan dilçiliyi” kafedrasına Məmməd Qasımov rəhbərlik etmişdir. Z.Verdiyeva rektor seçildiyi üçün kafedraya Zeynal Tağızadə rəhbərlik etmişdir. Z.Tağızadə 1975-ci ilin iyulunda vəfat etdiyi üçün həmin kafedraya bir müddət dos. Adil Babayev rəhbərlik etmişdir. 1989-93-cü illərdə kafedraya prof. Kamal Abdulla rəhbərlik etmişdir. 1996-2000-ci illərdə yenidən K.Abdullayev Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur. 1996-cı ilin dekabrında Ümumi dilçilik, Azərbaycan ədəbiyyatı və Azərbaycan dilçiliyi kafedrası yaradılmışdır. 1996-cı ilin dekabrından 2012-ci ilin noyabrınadək kafedra müdiri A.Babayev olmuşdur. 2012-ci ildə kafedra ləvğ edilmişdir. 2017-ci ildən kafedra yenidən yaradılmışdır.

 

Azərbaycan dilçiliyi kafedrasının müdiri, prof.

Babayev Adil Məhəmməd oğlu

Tel: (+99412) 441-22-78 (daxili 256)

E-mail: azerbaycan.dilcihlik.kafedrası@gmail.com

SHARE