“Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”

4497

ADU-da növbəti birgə mühazirə keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi Elçin İbrahimov və Azərbaycan dilçiliyi kafedrasının müəllimi Ofelya Babayeva tərəfindən “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda birgə mühazirə keçirilib.

Öncə E.İbrahimov azərbaycançılıq ideyasının mahiyyətindən söz açıb, maarifləndirici bilgiləri tələbələrin diqqətinə çatdırıb.

O.Babayeva tədris etdiyi Azərbaycan dili və nitq mədəniyyəti fənninin obyekti, məqsədi və vəzifələrindən danışıb, tələbələrdə nitq mədəniyyəti səviyyəsini yüksəltməyin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə mütaliənin vacib şərtlərindən danışan O.Babayeva rektor, akademik Kamal Abdullanın tələbələr qarşısında bədii ədəbiyyat nümunələrinin oxunması haqqında vəzifə qoymasını xüsusilə qeyd edib.

Mühazirədə 403a və 403b qrupunun tələbələri “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” adlı esse tapşırığını fərqli mövzularda təqdim ediblər. Tələbələrdən Tuba Hüseynova “Azərbaycan dilinin iki böyük mühafizəkarı: Şah İsmayıl Xətai və Heydər Əliyev”, Sevinc Azayeva “Bədii tərcümə və Azərbaycan dili”, Nərmin İsmayılova “Azərbaycan ədəbiyyatının möhtəşəm abidəsi “Kitabi-Dədə Qorqud”un dil möcüzəsi”, Mədinə İsgəndərova  “Bəkir Çobanzadə və Azərbaycan dilçiliyi”, Sevda Mehdiyeva isə “Mirzə Fətəli Axundovun Azərbaycan dilçiliyində rolu” mövzularında çıxış ediblər.

Sonda E.İbrahimov tələbələrə işlədikləri mövzularla bağlı tövsiyələr verib, bu istiqamətdə görülən işlərdən danışıb və tələbələri maraqlandıran sualları cavablandırıb.

SHARE