Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası

2258

Kafedranın yaranma tarixi

Azərbaycanda Fransız dilinin tədrisi ilk dəfə APİ-nin nəzdində Xarici dillər fakültəsində  başlamışdır. 1939-cu ilin iyun ayında Xalq Maarif Komissarı “Fransız və latın dili” kafedrasının yaradılması haqqında sərəncam vermişdir və Y.Qrişqorn həmin kafedraya müdir vəzifəsinə təyin olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1947-ci il 10 dekabr tarixli qərarına əsasən Bakı şəhərində müstəqil Xarici Dillər İnstitutu yaradıldı . İnstitut öz qapılarını 1948-ci il sentyabrın 1-də tələbələrin üzünə açanda burada cəmi iki fakültə fəaliyyət göstərirdi: İngilis dili və Alman-fransız dilləri fakültələri. 1949-cu ilin iyun ayinda Fransız dili kafedrasına İ. G. Karpenko müdir təyin edildi. Bir müddətdən sonra İ.Karpenkonu S.Xocakis əvəz etdi. 1953-1959 və 1966-1968-ci illərdə Fransız dili kafedrasının müdiri vəzifəsini dosent Mina Quliyeva icra etmişdir. 1973-cü ildə Fransız dili kafedrası bazasında Fransız dili leksikası (indiki Fransız dili leksikologiyası və üslubiyyatı kafedrası) və Fransız dili qrammatikası və fonetikası kafedraları yaradıldı. 1973-2018-ci illərdə Fransız dili kafedrasına prof. Ə.M.Musayev, dos. Ə.N.Piriyev, prof.N.İ.Məmmədov başçılıq edib. 2019-ci ilin mart ayından Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.e.d., prof. Gülnarə Rəhim qızı Sadıxovadır.

Kafedranın missiyası

Kafedranın əsas missiyası Respublikamız üçün fransız dili mütəxəssisləri hazırlamaqdır. Kafedranın qarşısında duran əsas vəzifə fransız dilinin tələbələrə ali məktəb səviyyəsində tədris olunmasıdır. Kafedranın məqsəd və vəzifələrinə daxil olan əsas iş iki istiqməti nəzərdə tutur. Burada həm öyrədilən dilin nəzəri aspektləri, həm də praktik əhəmiyyəti ön plana çəkilir və bunların qarşılıqlı şəkildə tələbələrə aşılanması keyfiyyəti təmin edir.

Kafedranın tərkibi:

  1. Kafedra müdiri – fil.e.d., prof. Sadıxova Gülnarə Rəhim qızı ([email protected])
  2. f.d., prof. Məmmədov Novruz İsmayıl oğlu
  3. f.d., prof. Babaxanova Çəmən Oruc qızı ([email protected])
  4. f.d., b/m Məqami Aygün Hüseyn qızı ([email protected])
  5. b/m Mikayılov Rafiq Məmməd oğlu ([email protected])
  6. b/m Mürşüdova Rəfiqə Mustafa qızı ([email protected])
  7. b/m Kərimova Kəmalə Hüseynəli qızı ([email protected])
  8. b/m Hacıyev Anar Cümşüd oğlu ([email protected])
  9. b/m Məmmədova Əzizə Qurban qızı ([email protected])
  10. b/m Qarazadə Xatirə Zaur qızı ([email protected])
  11. b/lab Rüstəmova Ləman Oqtay qızı ([email protected])
  12. b/lab Quliyeva Könül Makbet qızı ([email protected])

 

Kafedrada tədris olunan fənlər:

Bakalavr pilləsi üzrə:

     a) Əsas fənlər bloku:

  1. Aşağı orta oxu və nitq – 1, 2
  2. Orta oxu və nitq – 1, 2
  3. Yuxarı orta oxu və nitq
  4. Yüksək oxu və nitq
  5. Fransız dilinin leksikologiyası
  6. Fransız dilinin üslubiyyatı
  7. Üslubiyyat və nitq mədəniyyəti
  8. Ölkəşünaslıq
  9. Akademik yazı və oxu

     b) Seçmə fənlər bloku:

  1. Fransız dilində məişət leksikası
  2. Fransız dili xüsusi məqsədlər üçün: Turizm
  3. Analitik oxu

Magistratura pilləsi üzrə:

Dilşunaslıq (fransız dili) üzrə:

  1. Tədqiqat üsulları
  2. Praqmatikanın əsasları
  3. Diskurs təhlili
  4. Sosiolinqvistika
  5. Dil və mədəniyyət
  6. Koqnitiv dilçiliyin əsasları
  7. Semantik təhlil

Mövcud vəziyyət

Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası Azərbaycan Dillər Universitetin aparıcı kafedralarından biridir.Kafedranın professor-müəllim heyəti tələbələrin layıqlı mütəxəssis yetişdirilməsi üçün daim çalışır.Tədris planında xarici dilə ayrılan saatların azalması ilə əlaqədar olaraq (müqayisə üçün: əvvəllər  fransız dilinin leksikası fənnin tədrisinə 180 – 120 saat ayrılırdısa, hal-hazırda  bu dərsə ayrılan saat 120-60 saat təşkil edir)  kafedrada bir sıra tədbirlər görülüb: birinci kurs tələbələrinin əksəriyyətinin baza xarici dili ingilis dili olduğuna görə kafedranın təşəbbüsü ilə onlar üçün xüsusi olaraq əlavə məşğələlər, digər  kurslarda isə danışıq klubu və sinifdənkənar məşğələlər təşkil olunur.

Respublikamız 2005-ci ildə Bolonya Bəyannaməsini qəbul etdikdən sonra ADU bu prosesi dəstəkləyən ilk ali təhsil müəssisəsi oldu. Avropa tədris məkanına qoşulmaq üçün kafedrada yeni fənlər tədris olunmağa başladı, yeni proqramlar hazırlandı.

Kafedranın fəaliyyəti:

  • Respublikamız üçün yüksək ixtisaslı fransız dili mütəxəssisləri hazırlamaqdır. Bu vəzifənin həyata keçirilməsi üçün yuxarıda adları sadalanan fənlər bakalvr və magistr səviyyələrində tədris olunur;
  • elmi məruzələr, o cümlədən dissertasiyalar dinlənilir və müzakirə olunur;
  • kafedranın əməkdaşları müxtəlif dərsliklər, dərs vəsaitləri, lüğətlər, monoqrafiyalar və məqalələr üzərində işləyirlər;
  • tədrisdə baş verən innovasiyalarla və islahatlarla bağlı müxtəlif məsələlər müzakirə olunur;
  • ixtisasartırma kursları təşkil olunur;
  • “Auditoriya+” çərçivəsində müxtəlif dərnəklər və tədbirlər təşkil olunur;
  • kafedra üzvlərinin təcrübə mübadiləsi məqsədi ilə bir-birinin dərsində iştirakı və açıq dərslərin təşkili;
  • ayda bir dəfədən az olmayaraq kafedra iclasları keçirilir.

Kafedranın apardığı elmi-tədqiqat işləri

Kafedrada 1 elmlər doktoru (G.Sadıxova 5704.01 “Dil nəzəriyyəsi” üzrə), 3 fəlsəfə doktoru (N.Məmmədov 10.02.19 “Dil nəzəriyyəsi” üzrə, Ç.Babaxanova 10.677 “Dil nəzəriyyəsi” üzrə, A.Məqami 5709,01 “Roman dilləri” üzrə) fəaliyyət göstərir.

Hal hazırda kafedranın 4 müəllimi fəlsəfə doktorluq dissertasiya işi üzərində çalışırlar.

Kafedranın əməkdaşları tərəfindən fransız dili ixtisası üzrə çox sayda proqram, dərslik, dərs vəsaiti və lüğət hazırlanmışdır. Aparılan elmi-tədqiqat və metodiki işlər aşağıdakı istiqamətləri əhatə edir:

Leksikologiya:

  1. Lexicologie du français contemporain, Bakı-2013, “Turxan” nəşriyyəti, müəllif: R.Cabbarov.
  2. Фразеология, восходящая к Библии и Корану, Bakı-2014, “Elm və təhsil”, müəllif: G.Sadıxova.

Leksikoqrafiya:

  1. Fransızca-Azərbaycanca müxtəsər atalar sözləri lüğəti, Bakı-1999, müəllif: G.R.Sadıxova.
  2. Fransızca-Azərbaycanca əsas lüğət (redaktor G.R.Sadıxova), Bakı, 2000.
  3. “Fransızca-Azərbaycanca – Azərbaycanca-Fransızca lüğət”, Bakı, TQDK nəşri, 2010 (müəllif: Ç.Babaxanova).
  4. Yeni Fransızca-Azərbaycanca lüğət, “Kövsər” nəşriyyatı, Bakı-2011, müəlliflər: Ç.Babaxanova, H.Rəhimov, R.İsayeva, S.İsazadə, S.Əyyublu, X.Abdullayeva.
  5. Azərbaycanca-Fransızca lüğət (redaktor: R.Mikayılov), “Elm və təhsil” nəşriyyatı, Bakı-2015.
  6. Библейская фразеология во французском, азербайджанском и русском языках, Bakı-2012, “Elm və təhsil”, müəllif: G.Sadıxova.
  7. Fransız dilində işlənən ingilis alınmaları lüğəti, Bakı-2014, “Elm və təhsil”, müəllif: A.Məqami.
  8. Концепт числа во фразеологии разносистемных языков, Bakı-2018, “Elm və təhsil”, müəllif: G.Sadıxova.

Üslubiyyat:

  1. Fransız dilinin üslubiyyatı, “Elm və təhsil” nəşriyyatı, Bakı-2015, müəllif: R.Cabbarov.
  2. Cours sommaire de stylistique française (Manuel didactique), Bakı-2016, müəllif: R.Cabbarov.

 

Kafedranın müəllimləri orta məktəb və ali məktəb üçün dərsliklərin və proqramlarının müəllifləridir:

  1. Fransız dili. Ilk mərhələ. XXI YNE, Bakı-2002, müəllif: G.Sadıxova.
  2. “Actes de parole” – “Danışıq aktları”, Fransz və Azərbaycan dillərində, “Kövsər” nəşriyyatı, 2010, müəllif: Ç.Babaxanova.
  3. Fransız cəmiyyəti (La société française), ali təhsilin bakalavr pilləsi üçün proqram. “Elm və Təhsil” nəşriyyatı, Bakı-2015, müəllif: G.Sadıxova.
  4. Le français 1 (Livre d’élève) Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün “Fransız dili” (əsas xarici dil kimi) fənni üzrə dərslik, Bakı-2016, “Kövsər” nəşriyyatı, müəllif: Ç.Babaxanova.
  5. Le français 2 (Livre d’élève) Ümumtəhsil məktəblərinin 2-ci sinfi üçün “Fransız dili” (əsas xarici dil kimi) fənni üzrə dərslik, Bakı-2016, “Kövsər” nəşriyyatı, müəllif: Ç.Babaxanova.
  6. Le français 8 (Livre d’élève) Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün “Fransız dili” (əsas xarici dil kimi) fənni üzrə dərslik, Bakı-2015, “Kövsər” nəşriyyatı, müəllif: Ç.Babaxanova.
  7. Le français 9 (Livre d’élève) Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün “Fransız dili” (əsas xarici dil kimi) fənni üzrə dərslik, Bakı-2016, “Kövsər” nəşriyyatı, müəllif: Ç.O.Babaxanova.
  8. Fransa ölkəşünaslığı, ali təhsilin bakalavr pilləsi üçün proqram. “Elm və Təhsil” nəşriyyatı, Bakı-2016, müəlliflər: G.Sadıxova, A.Hənifəyev.
  9. Yazılı/şifahi nitq praktikası üzrə ali təhsilinin bakalavr pilləsi üçün proqram. “Elm və Təhsil” nəşriyyatı, Bakı-2016, müəlliflər: A.Hənifəyev, R.Mürşüdova, A.Hacıyev, Ə.Məmmədova.
  10. Kommunikativ qrammatika (Ali təhsilin bakalavr pilləsi üçün) seçmə fənni üzrə proqram. “Elm və Təhsil” nəşriyyatı, Bakı-2016, müəllif: K.Kərimova.
  11. Fransızdilli diskurs praktikası (Ali təhsilin bakalavr pilləsi üçün) seçmə fənni üzrə proqram. “Elm və Təhsil” nəşriyyatı, Bakı-2016, müəllif: K.Kərimova.
  12. Fransızdilli mətbuat (Ali təhsilin bakalavr pilləsi üçün) seçmə fənni üzrə proqram. “Elm və Təhsil” nəşriyyatı, Bakı-2016, müəllif: K.Kərimova.
  13. Roman dilləri (fransız dili) ixtisası üzrə doktoranturaya qəbul imtahanının proqramı. «ADU» nəşriyyatı, Bakı-2018, müəlliflər: G.Sadıxova, B.İsmayılov.
  14. II sinif üçün fransız dili dərsliyi. (Azərbaycan ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələri üçün birinci xarici dil), « Kövsər » nəşriyyatı, Bakı-2018, müəllif: Ç.Babaxanova.
  15. III sinif üçün fransız dili dərsliyi. (Azərbaycan ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələri üçün birinci xarici dil), « Kövsər » nəşriyyatı, Bakı-2018, müəllif: Ç.Babaxanova.
  16. Fransız dili dərsliyi, « Abituriyent » nəşriyyatı, Bakı-2018, müəllif: Ç.Babaxanova.
  17. Sosiolinqvistika kursu üzrə proqram, « Kövsər » nəşriyyatı, Bakı-2018, müəllif: Ç.Babaxanova.
  18. Fransız dilinin ümum-işlək leksikası kursu üzrə (seçmə fənn) proqram, «ADU» nəşriyyatı, Bakı-2018, müəllif: A.Məqami.
  19. Analitik oxu (seçmə fənn üzrə) proqram, «ADU» nəşriyyatı, Bakı-2018, müəllif: R.Mikayılov.

Kafedra əməkdaşlarının xaricdə, İmpact Faktor və Tomson Reyter siyahısında olan jurnallarda çap olunan məqalələri:

     a) Tomson Reyter siyahısı:

  1. Biblical phraseology in Azerbaijani language, Sadikhova Gulnara Rakhim, SYLWAN,158(5). ISI Indexed (Thomson Reuters) http://www.sylwan.ibles.org

     b) İmpact Faktor siyahısı:

  1. Сопоставительный анализ образов животных в Коране и Библии (фразеологический аспект). Вестник Московского Университета, Серия 19. Лингвистика и межкультурная коммуникация, №4, 2012. Научная электронная библиотека (автор: Г.Садыхова).
  2. Les phraséologismes d’origine coranique en français. International Journal of Innovation and Applied Studies. ISSN 2028-9324, Vol.2m No. 4, Apr. 2013 (auteur : G.Sadikhova).
  3. La représentation des concepts « Dieu » et « Diable » dans les expressions phraséologiques françaises et leurs équivalents en azerbaïdjanais et en russe. Global Journal of Human-Social Science, 2014 GJHSS Volume 14-G Issue 3 Version 1.0. Online ISSN: 2249-460X, Print ISSN: 0975-587X, http//globaljournals.org/GJHSS_Volume14/E-Journal_GJHSS_(G)_Vol_14_ Issue_3.pdf (auteur : G.Sadikhova).
  4. Concepts of borrowings in modern science of linguistics, reasons of borrowed words and some of their theoretical problems in general linguistics, Meqami Aygun Khuseyn, International journal of English linguistics Bimonthly. Canada: Canadian center of science and education. Vol. 5, № 6 2015/ISSN-1923-8703 (online).
  5. Comparison of passive voice in the French and Azerbaijani languages, published in Best: IJHAMAS journal, ISSN(P); 2348-0521; ISSN(E); 2554-4728; Impact Factor (JCC): 1.9287? Volume 5, issue 02, February, 2017 (auteur : K.Karimova).

     c) Xaricdə çap olunan məqalə və tezislərin siyahısı:

  1. Le renouvellement de l’enseignement du français dans le secondaire en Azerbaïdjan. Strasbourg, SCOLIA. Linguistique et didactique du français. №21, 2007 (auteur : Tch.Babakhanova).
  2. L’interférence et les difficultés des apprenants azerbaïdjanais. Linguistique et didactique du français : rencontres de Bakou. Actes du Ier colloque international franco-azerbaïdjanais Bakou 15-16 mars 2006 N°21, Strasbourg, France, 2007 (auteur : A.Hanifayev).
  3. Sur l’histoire et le développement de la phraséologie française. « Scripta manent » №1. Научный журнал Ассоциации открытой дипломатии, Тбилиси, 2011 (auteur : G.Sadikhova).
  4. Библия и Коран в произведениях А.С.Пушкина. Современная филология: теория и практика. Материалы VI Международной научно-практической конференции, Москва, 2011 (автор: Г.Садыхова).
  5. Материалы международной научно-практической конференции «Иностранный язык в системе среднего и высшего образования» Пенза-Москва-Решт: Научно-издательский центр «Социосфера». Кафедра иностранных языков факультета государственного управления Московского государственного университета им, М.В.Ломоносова, Гилянский государственный университет, 2011 (автор: А.Магами).
  6. Образы «пчeлы» и «муравья» в Библии и Коране. Современная филология: теория т практика. Материалы VI Международной научно-практической конференции. Москва, 2012 (автор: Г.Садыхова).
  7. Application des proverbes dans la classe de FLE. Bulletin SUF. Institut Français de Prague, №75, Prague, 2012 (auteur : G.Sadikhova).
  8. О связи науки и религии. «Ментальная духовная целостность казахской культуры». Сборник материалов республиканской научно-теоретической конференции, Алмааты, 2013 (автор: Г.Садыхова).
  9. О взаимовлиянии различных религиозных источников на фразеологический состав языка, «Когнитивные факторы взаимодействия фразеологии со смежными дисциплинами», Сборник научных трудов по итогам 3-й Международной научной конференции, Белгород, 2013 (автор: Г.Садыхова).
  10. Фразеологизмы с компонентом «Бог» во французском и русском языках, «Актуальные проблемы германистики, романистики и русистики», Материалы ежегодной международной научной конференции, Ч.1., Екатиринбург, 2013 (автор: Г.Садыхова).
  11. Фразеологизмы со словами «дьявол», «сатана», «чёрт» во французском и русском языках, «Фразеология в многоязычном обществе». Сборник статей международной фразеологичeской конференции «EUROPHRAS», Казань, 2013 (автор: Г.Садыхова).
  12. Фразеологизмы с цифрой 7 во французском, азербайджанском и русском языках, Сборник статей «Проблемы сопоставительной семантики». Киевский национальный лингвистический университет. Киев, 2013 (автор: Г.Садыхова).
  13. Из истории исследования пассива во французском и азербайджанском языках, Кямаля Керимова, Мова i культура, Наукове видання, №182, выпуск 5/22, стр. 260-270 (автор: К.Керимова).

     ç) Kafedra əməkdaşlarının çap etdiyi digər əsərləri və tərcümələri:

  1. Geosiyasətə giriş (iki cilddə), “Azərbaycan” nəşriyyatı, Bakı-2011, müəllif: N.Məmmədov.
  2. Xarici siyasətin Azərbaycan modeli (Məqalələrdən seçmələr 1997-2011), Çaşıoğlu-2012, müəllif: N.Məmmədov.
  3. Xarici siyasət: reallıqlar və gələcəyə baxış, “Qanun” nəşriyyatı, Bakı-2013, müəllif: N.Məmmədov.
  4. Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə. Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilir (məqalələr toplusu), “Best-TMS” MMC, 2016, ideya müəllifi: N.Məmmədov.
  5. Meşələrin astanasındakı gecə, müəllif: Bernar Mari Koltes (Azərbaycan dilinə tərcümə edən: G.Sadıxova).
  6. Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər, “Elm və təhsil”, 2018, müəllif F.İsmayılov (fransız dilinə tərcümə edən: Ç.Babaxanova).

 

Kafedra əməkdaşlarının Beynəlxalq Elmi Konfranslarda iştirakı:

  1. Mədəniyyətlərarası dialoq: linqvistik, pedaqoji və ədəbi aspektlər. Beynəlxalq elmi konfrans, 2010 (G.Sadixova).
  2. Ümumilli lider H.Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” adlı Beynəlxalq elmi praktik konfrans, 2013, (A.Məqami).
  3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Qafqaz Universiteti Gənc tədqiqatçıların I Beynəlxalq elmi konfrans, 2013, (K.Kərimova).
  4. La représentation des concepts « la droite/la gauche » dans les expressions phraséologiques françaises, azerbaïdjanaises et russes, Europhraz, Sorbonne, Paris-2014 (auteur : G.Sadikhova).
  5. Doktorların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransı, 2015 (A.Məqami, Ə.Məmmədova, X.Qarazadə).
  6. Rusiya Elmlər Akademiyasinin Sibir bölməsinin Filologiya Institutu ilə birlikdə «Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri» beynəlxalq elmi konfransı, 2016 (K.Kərimova, X.Qarazadə, Ə Məmmədova).
  7. Ç.O.Babaxanova 2016-cı ilin iyul ayında Belçikanın Lyej şəhərində XIV Dünya fransız dili müəllimlərin konqresində iştirak ediblər.

 

Kafedra əməkdaşlarının Respublika Elmi Konfranslarda iştirakı:

  1. Milli müstəqilliyimiz, milli dövlətçiliyimiz, milli dilimiz elmi-praktik konfransı, 2001 (G.Sadıxova).
  2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti, “Bolonya prinsiplərinin tətbiqi təcrübəsi” Respublika elmi-praktiki konfrans, 2010 (K.Kərimova).
  3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti, “Xarici dillərinin tədrisinin aktual problemləri”, IV Respublika Elmi konfrans, 2011 (K.Kərimova).
  4. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti “Tətbiqi dilçiliyin müasir problemləri” Respublika Elmi-praktiki konfrans, 2013 (K.Kərimova).
  5. Azərbaycan Dillər Universiteti “Xarici dillərin tədrisinin aktual problemləri”. Respublika Elmi-praktik konfrans, 2018 (Ç.Babaxanova, A.Məqami, R.Mürşüdova, K.Kərimova, X.Qarazadə).

 

Kafedra əməkdaşlarının beynəlxalq layihələrdə iştirakı:

  1. e.d., dos. G.R.Sadıxova 2017-ci ilin may ayında Marakeşdə Frankofoniya Universitet Agentliyinin illik toplantısında iştirak edib.
  2. Ç.O.Babaxanova 2017-cil ilin sentyabr ayında Yaponiyanın Kyoto Universitetində “Fransız dilinin ekologiyası və dil müxtəlifliyi” adlı Beynəlxalq konqresdə iştirak edib.
  3. e.d., dos. G.R.Sadıxova 2017-ci ilin noyabr ayında FUA-nın xətti ilə Rumıniyanın Buxarest şəhərində keçirilən Beynəlxalq Frankofoniya Universitetlər Agentliyinin Mərkəzi və Şərqi Avropa regionu üzrə təşkil olunan illik yekun iclasında iştirak edib.
  4. b/m K.H.Kərimova 2017-ci ilin noyabr ayında Fransanın Strasburq şəhərində “Erasmus+” çərçivəsində Strasburq Universitetində “Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və Azərbaycanda multikulturalizm” mövzusuda dərslər aparıb.

 

Kafedra əməkdaşlarının son beş ildə ixtisasartırma kurslarında iştirakı:

  1. Ç.O.Babaxanova, b/m X.Z.Qarazadə 2015-cı ilin iyul ayında Fransanın Qrenobl şəhərində 15 gün müddətində yay təkmilləşdirmə kurslarında iştirak etmişlər.
  2. b/m Ə.Q.Məmmədova Bezanson şəhərində 2015-cı ilin avqust ayında yay təkmilləşdirmə kursunda iştirak etmişdir.
  3. b/m K.H.Kərimova 2016-cı ilin avqust ayında Fransanın Bezanson şəhərində 1 ay müddətində yay təkmilləşdirmə kurslarında iştirak etmişdir.
  4. b/m R.M.Mürşüdova və b/m A.H.Məqami 2016-cı ilin noyabr ayında Tiflis şəhərində “Fransanın TV5 Monde telekanalı vasitəsi ilə öyrənmək və tədris etmək” treninqində iştirak ediblər.
  5. 2017-ci ilin mart ayında Strasburq Universitetinin dosenti Selin Benanjen “Leksikologiya” fənnindən kafedranın əməkdaşlarına treninq keçirdib.
  6. 2017-ci ilin dekabr ayında Fransanın Nis Sofia Antipolis Universitetinin müəllimi, Nis beynəlxalq yay məktəbinin direktoru Delfin de Vazier “Fransız dili xüsusi məqsədlər üçün – Turizm” sahəsi üzrə Universitetin fransız dili müəllimləri üçün ixtisasartırma kursu təşkil olundu. Bu təlimdə kafedranın 7 müəllimi iştirak edib: fil.e.d., dos. G.R.Sadıxova, f.f.d., prof. Ç.O.Babaxanova, f.f.d., b/m A.H.Məqami, b/m R.M.Mürşüdova, b/m K.H.Kərimova, b/m Ə.Q.Məmmədova, b/m X.Z.Qarazadə və müəllimlərə beynəlxalq sertifikatlar təqdim olundu.
  7. 31 yanvar – 02 fevral 2018-ci il tarixlərində Universitetinin fransız dili müəllimləri üçün “Elmi tədqiqat işlərində İnternetin tətbiqi” adlı təlim təşkil olunmuşdur. Həmin təlimdə kafedranın 5 əməkdaşı iştirak etdi: b/m R.M.Mürşüdova, b/m K.H.Kərimova, b/m Ə.Q.Məmmədova, b/m X.Z.Qarazadə, b/lab L.O.Rüstəmova. Müəllimlərə beynəlxalq sertifikatlar təqdim olundu.

Kafedranın strateji inkişaf proqramının əsas istiqamətləri

Strateji inkişaf proqramı çərçivəsində kafedrada aşağıdakı istiqamətlər üzrə işlərin aparılması nəzərdə tutulur:

  • Fransız dilinin tədrisinin səviyyəsini qaldırmaq məqsədi ilə təlim prosesində müasir metodlardan və yeni texnologiyalardan istifadə etmək;
  • Müasir tədris resursları ilə mütəmadi olaraq tanış olmaq və onları təlim prosesində tətbiq etmək;
  • Yeni dərsliklər və dərs vəsaitləri hazırlamaq;
  • Fransız dili ilə bağlı yeni ixtisaslar təklif etmək və bu ixtisaslar üçün tədris-metodiki baza yaratmaq;
  • Tələbələri əmək bazarının ehtiyaclarını nəzərə alaraq hazırlamaq;
  • Kafedrada tədrisin və təlimin keyfiyyətinin təmin olunması sahəsində müəyyən addımlar atmaq:müəllimlərin reytinqini müəyyənləşdirən yeni kriteriyalar hazırlamaq;
  • Kafedranın kadr potensialının gücləndirilməsi məqsədi ilə kadrların mütəmadi olaraq attestasiyasını təşkil etmək;
  • Kafedranın professor-müəllim heyətinin ölkə daxilində və xarici ölkələrdə ixtisaslarının artırılması üçün tədbirlər görmək;
  • Xarici universitetlərlə əlaqələrin yaradılması, professor-müəllim, tələbə mübadiləsi proqramlarının işlənib hazırlanması;
  • Kafedranın maddi-texniki bazasının müasirləşdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmək;
  • Kafedranın fəaliyyəti haqqında məlumatlanma prosesini müasir texnologiyalar əsasında qurmaq.

Əlaqə:

Ünvan: Təbriz küç. 81

Telefon: (012) 564-22-47 (1-13)

E-mail: [email protected]

 

 

 

 

SHARE