Filologiya və jurnalistika fakültəsi nəzdində Xarici dillər kafedrası

2075

Filologiya və jurnalistika fakültəsi nəzdində “II Xarici dil” kafedrası ADU- nun rektorunun 10 oktyabr 2012-ci il (Protokol №2) 109 saylı əmrinə əsasən 1975-ci ildən fəaliyyət göstərən Praktik alman, Praktik İngilis və Praktik fransız kafedralarının birləşdirilməsindən yaradıldı. 2017-2018-ci tədris ilində rektorun (Protokol N10) 1/290 saylı əmrinə əsasən 2012-ci ildən fəaliyyət göstərən Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin nəzdində olan “Xarici dillər” və Filologiya və jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən “II Xarici dil” kafedralarının bazası əsasında “Xarici dillər” kafedrası yaradıldı.

Kafedranın hal-hazırda fəlsəfə doktoru proqramı üzrə 2 doktorantı, fəlsəfə doktoru proqramı üzrə 6 dissertantı, elmlər doktoru proqramı üzrə 2 dissertantı var. Kafedra üzvləri elmi-pedaqoji kadr hazırlığına xüsusi əhəmiyyət verir və bu məsələdə universitetin  alimləri ilə əməkdaşlıq edirlər.

Kafedranın əsas və başlıca məqsədi tələbələrə alman, ingilis, fransız, rus dillərini öyrətmək və onlarda hər 4 dilin bütün aspektlərini, danışıq, dinləmə və anlama, oxu və yazı kimi nitq fəaliyyətini inkişaf etdirmək və bununla yanaşı tələbələrin öyrənilən ölkənin mədəniyyətinə yiyələnməkdən ibarətdir.

Kafedramızın alman, ingilis, fransız və rus dili üzrə müəllimləri universitetin Filologiya və Jurnalistika, Təhsil, Beynəlxalq Münasibətlər və İdarəetmə fakültələrində, həmçinin Magistratura, Doktorantura şöbələrində fəaliyyət göstərirlər.

2016/2017-ci tədris ilində ölkəmizdə və xaricdə nəşr olunmuş elmi əsərlərinin siyahısı

 

Kafedranın adı Kafedra üzrə nəşr olunmuş elmi əsərlər Xaricdə nəşr olunmuş elmi əsərlər
1. Xarici dillər 2  proqram

1 dərs vəsaiti

37 məqalə

8 tezis

5 məqalə

 

 

Xarici dillər kafedrasında I semestr üzrə keçirilən fənlərin siyahısı:

Təhsil fakültəsində  tədris olunan fənlərin siyahısı

Bakalavr Təhsil  fakültəsi
I və II semestr Alman dili, İngilis dili, Rus dili, Fransız dili

  

Filologiya və jurnalistika fakültəsi üzrə tədris olunan fənlərin siyahısı

Bakalavr Filologiya və jurnalistika fakültəsi
I və II semestr 1.     Alman dili, İngilis dili

2.     Müasir rus dili

3.     Müasir rus dilinin orfoepiası (seçmə fənn)

4.     Funksional yazı üslubları (rus dili)

5.     Rus dilinin leksikologiyası

 

 

Magistratura  şöbəsində tədris olunan  fənlərin siyahısı

Magistratura Magistratura şöbəsi
I və II semestr 1.     Alman dili, İngilis dili, Fransız dili, Rus dili,

2.     Rus dilinin tədrisinin müasir problemləri

3.     Rus dilinin tədrsində İKT-nin tətbiqi

4.     Rus dilinin tədrisində linqvodidaktika

5.     Müqayisəli tipologiya (rus dili)

6.     Diskurs təhlili (rus dili)

7.     Praqmatiaknın əsasları (rus dili)

8.     Kommunikativ dil təlimi (rus dili)

9.     Xarici dil tədrisinin tarixi və metadologiyası (seçmə fənn,  rus dili)

 

Filologiya və jurnalistika fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri, filologiya elmləri namizədi, prof.

Şabanov Şaban Həsən oğlu

Tel: (+99412) 441-22-78 (daxili 254)

E-mail: [email protected]

SHARE