Alman dilinin fonetikası və qrammatikası kafedrası

2200

Filologiya və jurnalistika fakültəsi nəzdində Alman dilinin fonetikası və qrammatikası kafedrası A DU-nun rektoru akad. K.M.Abdullayevin 8 avqust 2017-ci il tarixli 1/290 saylı əmrinə əsasən yaradılmışdır.

Kafedra elmi-pedaqoji kadr hazırlığına xüsusi əhəmiyyət verir və bu məsələdə universitetin  alimləri ilə əməkdaşlıq edir.

Kafedranın əməkdaşları  Azərbaycan Dillər Universiteti CoMoLTE (Müasir Dil Tədrisi Konsortiumu)  layihəsinin 24, 25, 26 oktyabr tarixlərində davam edən seminarında  iştirak etmiş və bu layihə çərçivəsində dərsliklərin keyfiyyətini artırmaq və müəllimləri müasir dərs materialları ilə təmin etmək üçün yaradılacaq virtual platformada dərsliklərdən və əlavə dərs vəsaitlərindən istifadə imkanları ilə tanış olmuşlar. Bundan başqa  həmin dərsliklərin Azərbaycan dilinə tərcümə olunması və həmin platformada yerləşdirilməsi işində fəal iştirak edirlər. Bu proqram çərçivəsində  “Sprachlernen und Kognition. Grundlagen einer  kognitiven Sprachendidaktik”  adlı dərslik Alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə  alman dilindən  Azərbaycan dilinə tərcümə olunmuşdur.

Kafedranın  təşkilatçılığı ilə 25 oktyabr 2017-ci ildə ADU-nun rektoru Kamal Abdullanın, Almaniyanın Azərbaycandakı səfirinin daimi nümayəndəsi Tereza Şönfeldin,” Köçkünlərin həsrəti” filminin rejissoru, əməkdar incəsənət xadimi Ziya Şıxlinskinin və bir sira digər qonaqların  iştirakı ilə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında imzaladığı Sərəncama əsasən tədbir keçirilmişdir. Tədbirdə Xarici dillər kafedrasının dosenti Lətifə Qurbanova “Kiçik qızın almanlar haqqında təəssüratları”, Alman dilinin fonetikası və qrammatikası kafedrasının dosenti Samirə Adışova “Almanların Azərbaycanda izləri”, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Ulduz Aslanova isə “Müasir dövrdə Azərbaycan-alman əlaqələri (1992-2017)” adlı məruzə ilə çıxış etmişdirlər.

Kafedranın müəllimləri müntəzəm olaraq DAAD, ÖAD, Goethe Institut xətti ilə və bir sıra digər təqaüd proqramları əsasında dili öyrənilən ölkəyə-Almaniyaya, eləcə də Avstriyaya peşəkar kurslara, təkmilləşmə kurslarına göndərilməklə yanaşı həmin ölkələrdən də mütəxəssislər dəvət olunur və onlarla əməkdaşlıq edilir.

Alman dilinin fonetikası və qrammatikası kafedrasına Kurrikulum inkişafı və təhsil siyasəti departamentindən 4342 saat dərs yükü verilmişdir. Kafedraya 173 saat dərs yükü mübadilə edilmişdir. Kafedrada 4515 saat dərs yükü mövcuddur. Kafedra üzrə bölünən  dərs yükünün miqdarı 4515 saatdır. Bunlardan 81 saat dərs yükü saat hesabıdır.

Kafedra tədris prosesində iki fakültəni – Təhsil fakültəsi, Filologiya və jurnalistika fakültəsini və  Magistratura şöbəsini əhatə edir.

Kafedranın müəllimləri Respublika səviyyəli konfranslarda, seminar və müzakirələrdə iştirak etmiş, aktual mövzularla çıxış etmiş, buna uyğun bir sıra məqalələr çap etdirmişlər.

Qahirə Vaqif qızı Axundovanın “Kompüter linqvodidaktikası” (Bakı, Elm və Təhsil, 2017) adlı dərs vəsaiti, Sevinc Əli  qızı Xasıyevanın “Linqvistik terminlərdə samit birləşmələrinə dair” (Bakı, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri,  2017) adlı məqaləsi,  Solmaz Cavanşir qızı  ƏlizadəninDilin fonetik quruluşu və fonem tərkibi haqqında” (Bakı, Azərbaycanda xarici dillər jurnalı.№1(35), 2017) adlı məqaləsi və s. çap olunmuşdur.

ADU-da keçirilən “Xarici dillərin tədrisinin aktual problemləri” adlı Respublika elmi-praktiki  konfransında və eyni zamanda digər ali məktəblərdə təşkil olunan Respublika və Beynəlxalq konfranslarda kafedranın əməkdaşları Qahirə Vaqif qızı Axundova “Xarici dillərin tədrisində konstruktiv ideyalar”, Məryəm İbrahim qızı Babayeva  “Xarici dil dərsi üçün seçilmiş mətnlərin funksional xüsusiyyətləri”, İlham Tofiq oğlu Heybətov “Xarici dillərin tədrisində morfologiyanın roluna dair”, Solmaz Cavanşir qızı  Əlizadə “Dilin morfemlərinin tədrisinin bəzi məsələləri”, Zülfiyyə Zahir qızı Quliyeva “Xarici dil dərsliklərində polisentrizm” adlı məruzələr ilə çıxış etmişlər.

Ümumi olaraq kafedra əməkdaşlarının cari ildə 1 dərs vəsaiti, 2 proqram, 18 məqalə, 10 tezisi dərc olunmuşdur.

Bakalavr və magistratura pilləsində tədris olunan fənlər

Alman dilinin fonetikası və qrammatikası kafedrasında aşağıdakı fənlər tədris olunur:

BAKALAVR

  1. Kommunikativ qrammatika I semestr
  2. Kommunikativ qrammatika II semestr
  3. Kommunikativ qrammatika III semestr
  4. Eşitmə və tələffüz I semestr
  5. Eşitmə və tələffüz II semestr
  6. Eşitmə və tələffüz III semestr
  7. Öyrənilən əsas dil III semestr
  8. Öyrənilən əsas dil IV semestr
  9. Öyrənilən əsas dil V semestr

SEÇMƏ FƏNNLƏR

  1. Alman dilinin fonetik strukturu IV semestr
  2. Alman dili və İKT (105) V semestr
  3. Kommunikativ qrammatika III semestr
  4. Alman dilinin qrammatik quruluşu (45)VI semestr
  5. Müasir alman dilində morfologiyanın problemləri V semestr
  6. Alman dili və İKT (60) VII semestr
  7. Alman dilinin qrammatik quruluşu (30) VI semestr

MAGİSTRATURA

  1. Müqayisəli tipologiya I semestr
  2. Sosiolonqvistika I semestr
  3. Seçmə fənn Alman dilinin nəzəri qrammatikası III semestr
  4. Seçmə fənn Alman dilinin nəzəri qrammatikası II semestr

 

Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, ped.f.d.

Axundova Qahirə Vaqif qızı

Tel: (+99412)  441-22-78 (daxili 164)

E-mail:   [email protected]

 

SHARE