ADU-da Yaponiyanın milli idman növlərinə dair tədbir keçirilib

666

Dekabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Yaponiyanın milli idman növlərinə dair tədbir keçirilib. Universitetin Yapon mərkəzi, Azərbaycan Kyokushinkay Karate Federasiyası və Aykido Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gəncləri asudə vaxtlarını daha səmərəli keçirməyə, pis vərdişlərdən uzaq durmağa çağırmaq və onlarda sağlam düşüncə formalaşdırmaqdır.

Tədbirdə karatenin kyokshinkay növünün tarixi ilə bağlı təqdimat və ADU-nun IV kurs tələbəsi Murad Rüstəmovun peşəkar karate həyatında keçdiyi yol haqqında videosüjet nümayiş olunub, şou xarakterli karate fəndləri göstərilib, eyni zamanda aykidonun tarixi ilə bağlı məlumat verilib və aykido fəndləri təqdim olunub.

SHARE