ADU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş I Beynəlxalq elmi konfrans keçiriləcək

1162

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın keçirilməsi haqqında əmr imzalayıb.

Əmrdə bildirilir ki, 2018-ci ilin aprel-may aylarında  Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın plenar və yekun iclaslarının Azərbaycan Dillər Universitetində, bölmə iclaslarının isə aşağıdakı ölkələrin müvafiq universitetlərində keçirilməsi nəzərdə tutulur:

-Azərbaycan  Respublikasında – Azərbaycan Dillər Universiteti bazasında, Bakı şəhəri;

-Türkiyə Respublikasında – Ərciyəs Universiteti bazasında (Kayseri şəhəri) və Ərzurum Universiteti bazasında (Ərzurum şəhəri);

-Rusiya Federasiyasında –  Rusiya Federasiyasının I Prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti bazasında (Yekaterinburq şəhəri), A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu bazasında (Moskva şəhəri), Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı bazasında (Samara şəhəri);

-Gürcüstan Respublikasında – Tbilisi şəhəri, Tbilisi Dövlət Universiteti bazasında (Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan EA müvafiq institutları və “Bilik” cəmiyyətinin iştirakı ilə);

-Çin Xalq Respublikasında –Xucjou Universiteti bazasında (Xuçjou şəhəri);

-İtaliya Respublikasında – Kassino Cənubi Latsio Universiteti  bazasında Sülh və Təhlükəsizlik Fondu ilə birgə, Üçüncü Roma Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Nitsa Universitetinin (Fransa)  iştirakı ilə (Roma şəhəri);

-Portuqaliya Respublikasında –Lusafona Universiteti bazasında (Lissabon şəhəri);

-Almaniya Federativ Respublikasında – Ausburq Universiteti bazasında (Ausburq şəhəri).

Konfransa hazırlıq və onun işinin təşkili məqsədi ilə müvafiq universitetlərin təmsilçilərinin də daxil olduğu aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılıb.

  1. Abdullayev K.M. – Azərbaycan Dillər Universitetinin rektoru, akademik, sədr;
  2. Həsənov R.V. – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən, həmsədr;
  3. Abdullayev Ə.Ə. – ADU-nun tədris işləri üzrə prorektoru, professor, sədr müavini;
  4. Qəribova J.Ə. – ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent, sədr müavini;
  5. Hüseynov S.B. – ADU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən, konfransın Azərbaycan Respublikasında keçiriləcək bölməsi üzrə əlaqələndirici şəxs, üzv;
  6. Həsənov S.H. – ADU rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, dosent, konfransın təşkili və keçirilməsi üzrə əlaqələndirici şəxs, üzv;
  7. Hacıyeva Ç.Ş. – ADU rektorunun multikulturalizm məsələləri üzrə müşaviri, professor, üzv;
  8. Tanrıverdiyeva N.İ. – ADU rektorunun maddi-texniki və maliyyə məsələləri üzrə müşaviri, maddi-texniki təminat və maliyyə məsələlərinin həlli üzrə məsul şəxs, üzv;
  9. Zərbəliyev H. M. – Elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri, professor, konfrans materiallarının nəşri məsələləri üzrə məsul şəxs, üzv;
  10. İmanov M.K. – Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik, üzv;
  11. İmanova S.R. – Elmi əməkdaşlıq şöbəsinin müdiri, universitetlərarası əlaqələr üzrə məsul şəxs, üzv;
  12. Əliyev M.A. – Rusiyaşünaslıq ETL-in müdiri, professor, Rusiya Federasiyası universitetləri ilə əlaqəli fəaliyyətə məsul şəxs, üzv;
  13. Rüstəmov A.İ. – Azərbaycanşünaslıq ETL-in müdiri, t.f.d., Gürcüstan Respublikası universitetləri ilə əlaqəli fəaliyyətə məsul şəxs, üzv;
  14. Sultanova N.T.– Beynəlxalq əlaqələr Departamentinin direktoru, Çin Xalq Respublikası və Portuqaliya Respublikası universitetləri ilə əlaqəli fəaliyyətə məsul şəxs, üzv;
  15. Əliyeva S. F. – Regionşünaslıq kafedrasının müdiri, dosent, Türkiyə Respublikası universitetləri ilə əlaqəli fəaliyyətə məsul şəxs, üzv;
  16. Bağırov A.K. – Xarici vətəndaşlarla iş və protokol xilməti şöbəsinin müdiri, siy.f.d., İtaliya və Fransa universitetləri ilə əlaqəli fəaliyyətə məsul şəxs, üzv;
  17. Kunina İ.A. – Multikulturalizm ETL-in müdiri, dosent, BBMM üzrə ilə əlaqəli fəaliyyətə məsul şəxs, üzv;
  18. Ağayev A.T. – İctimaiyyətlə əlaqə Departamentinin müdiri, KİV-lə əlaqələr üzrə məsul şəxs, üzv;
  19. Kərimov A. B. – İKT şöbəsinin müdiri, konfransın işinin İKT təminatı məsələləri üzrə məsul şəxs, üzv;
  20. Qotseridze D.Z. – Tbilisi Dövlət Universitetinin professoru, üzv;
  21. Damasio T. – Lusafona Universitetinin professoru, üzv;
  22. Nesterov A.Q. – Ural Federal Universitetinin professoru, URFU-da fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, üzv;
  23. Vulf K. – Auqsburq Universitetinin professoru, üzv;
  24. Fiqus A. – Kassino Cənubi Latsio Universiteti (İtaliya) rektorunun müşaviri, professor, üzv;
  25. Üçgül S. – Ərciyəs Universitetində (Türkiyə) kafedra müdiri, d-r, professor;
  26. Dəmir B. – Ərzurum universitetinin (Türkiyə) dosenti;
  27. Pin Van – Xuçjou Universiteti (ÇXR) Beynəlxalq əlaqələr departamentinin direktor müavini, dosent.
SHARE