Psixologiya kafedrası

2447

Psixologiya kafedrası 10 sentyabr 1948-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun açıldığı tarixdən “Pedaqogika və psixologiya” adı ilə fəaliyyətə başlamışdır və kafedraya Surxay Həsən oğlu Hacıyev rəhbərlik etmişdir. 1959-cu ildən M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu adlandırılan ali təhsil müəsissəsinin Psixologiya kafedrasının müdiri 1962-1978-ci illərdə professor Fuad Əhməd oğlu İbrahimbəyov olmuşdur. 1978-2008-ci illərdə kafedraya psixologiya elmləri doktoru, professor Muxtar Əliş oğlu Həmzəyev, 2008-2012-ci illərdə Misgər Yolçu oğlu Məmmədov əvəzçiliklə rəhbərlik etmişdir. 2013-cü ildən 2018-ci ilədək kafedraya psixologiya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Qurbanalı oğlu Alıyev rəhbərlik etmişdir. Hal-hazırda kafedra müdiri psixologiya üzrə fəlsəfə doktoru Babayeva Şəlalə Rasim qızıdır.

Kafedranın missiyası

Kafedra universitetdə əsasən peşə və ixtisas hazırlığı üzrə həm bakalavr, həm magistratura pilləsində fənlərin tədrisini həyata keçirir.Tələbələrin öz ixtisası və peşəsinə psixoloji hazırlığını təmin edir.

Bundan əlavə kafedra universitet daxilində tələbə və müəllim kollektivi arasında praktik psixologiyaya aid bilikləri təbliğ etmək, eləcə də universitetin təlim-tərbiyə prosesinin optimalaşdırılması üçün müsbət psixoloji iqlimin təmin edilmək, tələbələrin və pedaqoji kollektivin psixoloji sağlamlığının möhkəmləndirilməsi işini də həyata keçirir.

Kafedranın fəaliyyəti

Kafedra bütün fakültələrdə müvafiq semestrlər və kurslar üzrə psixologiya fənnini tədris edir. Kafedrada müxtəlif istiqamətlər üzrə aşağıdakı psixologiya fənləri tədris olunur: Psixologiya, sosial psixologiya, etnopsixologiya, ali məktəb psixologiyası, psixolinqvistika, yaradıcılığın psixologiyası, uşaq və yeniyetmə psixologiyası, şəxsiyyət psixologiyası, ailə həyatının psixologiyası.

Kafedra həmçinin sosial psixologiya istiqaməti üzrə fəlsəfə doktoru  proqramı üzrə doktorant və dissertant  hazırlayır.

Psixologiya kafedrası Azərbaycan Dillər Universitetinin aparıcı kafedralarından biridir, bütün fakültələrdə tələbələrin öz ixtisası və peşəsinə psixoloji hazırlığını həyata keçirir.

Kafedrada tədris olunan fənlər

Bakalavr pilləsi üzrə:

a) Əsas fənlər bloku:

  • Psixologiya
  • Uşaq və yeniyetmə psixologiyası
  • Sosial psixologiya
  • İxtisas ölkəsinin etnopsixologiyası

b) Seçmə fənlər bloku:

  • Şəxsiyyətin psixologiyası
  • Uşaq psixologiyası
  • Ailə həyatının psixologiyası

Magistratura pilləsi üzrə:

Dilşunaslıq (fransız dili) üzrə:

  • Ali məktəb psixologiyası
  • Psixolinqvistika
  • Yaradıcılığın fenomenologiyası

 

Əlaqə

Tel: (+99412) 564-22-47 (daxili 217)

SHARE