Linqvokulturologiya kafedrası

1585

Kafedranın adı 1993-cü ilədək “İngilis dilinin leksikası” adlanıb. 1994-cü il 9 fevral tarixli iclasının qərarı əsasında rektorun 14 fevral tarixli əmrilə kafedra “3№li İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrası yaranmışdır.

Daha sonra  Elmi şuranın 3 dekabr 2013-cü il tarixli iclasının qərarı əsasında rektorun 112№ li əmrilə kafedra bugünə kimi isə həmin kafedranın bazasında “Linqvokulturologiya” kafedrası kimi adlandırıldı.

 

Kafedranın missiyası

Müasir dövrün tələblərini nəzərə alaraq  müəllimlər xarici dilin tədrisində ünsiyyətə, interaktiv metodlara üstünlük verməyə çalışırlar. Kafedranın başlıca missiyası ali və orta məktəblər üçün müasir dövrün tələblərinə cavab verən səviyyədə mütəxəssislər hazırlamaqdır.

 

Kafedranın fəaliyyəti

Kafedra geniş fəaliyyət strukturuna malikdir. Kafedra həm bakalavr, həm də magistr pilləsində ölkəşünaslıq və linqvoölkəşünaslıq fənlərindən, eyni zamanda  oxu və nitq praktikasından dərslər aparır. Bununla bərabər, kafedra seçmə fənn kimi kommunikativ nitq vərdişlərinə malik olmaq üçün müəllimlərin verdiyi materiallarla yanaşı  tələbələrin  özlərinin  də,  yaradıcılıq fəaliyyəti olmalıdır, belə ki, internetlə işləmək, əlavə ədəbiyyat tapmaq və s. buna misal ola bilər.

Tədris edilən fənlər üzrə proqram və təqvim planları,syllabuslar hazırlayır. Magistr dissertasiyalarına, buraxılış işlərinə rəhbərlik edir. İl ərzində və imtahan qabağı məsləhət saatlarının təşkil edilməsini,TEC-də tələbələrin iştirakını təmin edir və onların işlərinə rəhbərlik edir.

Kafedra  universitet  və  digər ali  məktəblərdən daxil olan dissertasiya, dərslik, dərs vəsaitlərini, elmi məqalələri  müzakirə edir, rəylər verir, kafedraya təhkim  olunmuş  doktorant və dissertantlara rəhbərlik edir, dissertasiyalarının müzakirəsini keçirir.Kafedra üzvləri elmi  konfransların,  seminarların təşkilində fəal iştirak edir və elmi  məruzələrlə çıxış edirlər.

Kafedrada tədris olunan fənlər  üzrə açıq dərslər təşkil olunur və onların metodik təhlili aparılır. Gənc  müəllimlər üçün  müntəzəm olaraq  kurs və təlimlər təşkil edir. Xaricdən dəvət  olunan mütəxəssislərin  təşkil etdiyi  kurs və treyninqlərdə müəllim iştirakını təmin edir. Müntəzəm olaraq  kafedra və  bölmə iclaslarını  keçirir.

Kafedranın akademik proqramlarına bakalavr və magistr pillələri üzrə proqramlar daxildir ( Bakalavr pilləsi üçün oxu və nitq praktikası, ölkəşünaslıq, seçmə fənn və magistr pilləsi üçün linqvoölkəşünaslıq).

Kafedranın tərkibi

Lingvokulturologiya kafedrasında 42 müəllim çalışır. Onlardan 2 nəfər fil.e.d., professor, dosent 6, fil.f.d 5, baş müəllim 13, 16 isə müəllim vəzifəsində işləyir. Hal-hazırda onlardan 4 nəfəri analıq məzuniyyətindədir. Kafedrada 4 laborant işləyir, onlardan biri analıq  məzuniyyətindədir.

Kafedra əməkdaşlarının 10 nəfəri doktorantdır. Bundan əlavə, kafedraya digər universitetlərdən də təhkim olunmuş dissertantlar (7) var. 

Kafedra müdiri filologiya elmləri doktoru, professor Məsməxanım Qazıyevadır.

 

Kafedrada tədris olunan fənlər:

Bakalavr pilləsi üzrə:

  1. Əsas fənlər bloku:

Aşağı orta oxu və nitq

Orta oxu və nitq

Yuxarı orta oxu və nitq

Ölkəşünaslıq

     2. Seçmə fənlər bloku:   

Mədəniyyət və ünsiyyət

İşgüzar ingilis dili

Gündəlik ingilis dili

Kütləvi informasiya vasitəsi

Cəmiyyət və sosial davranış

Magistratura pilləsi üzrə:

Dilşünaslıq (fransız dili) üzrə: Linqvoölkəşünaslıq

 

Əlaqə

Tel: (+99412) 564-22-47 (daxili 117)

E-mail: [email protected]

SHARE