İngilis dilinin leksikologiya və üslubiyyatı kafedrası

3111

İngilis dilinin  üslubiyyatı kafedrası  Azərbaycan Dillər Universitetində 1993-cü il 22 mart tarixli əmr əsasında  təsis edilmişdir. Həmin vaxta qədər isə kafedra “Roman-German filologiyası” adı altında fəaliyyət göstərmiş və kafedraya 1984-cü ilə kimi filologiya üzrə fəlsəfə doktoru, dosent Məryəm Səlim qızı Qarayeva rəhbərlik etmişdir. 2008-ci ildə kafedranın adında qismən dəyişiklik edilərək İngilis dilinin üslubiyyatı və nitq mədəniyyəti kafedrası adlandırılmışdır. 1984-cü ildən 2013-cü ilin yanvar ayınadək kafedraya filologiya elmləri doktoru, professor Mehparə Tələt qızı Qayıbova rəhbərlik etmişdir.2013-cü ilin aprel ayından İngilis dilinin üslubiyyatı və nitq mədəniyyəti kafedrasında filologiya elmləri doktoru, professor Fikrət Fətiş oğlu Cahangirov müdir kimi fəaliyyət göstərmiş və fakültə dekanı seçilməsi ilə əlaqədar olaraq, kafedra müdiri vəzifəsinə filologiya elmləri doktoru, dosent Sevinc Saday qızı Zeynalova seçilmişdir. 2017-ci ildən kafedranın adı dəyişdirilərək İngilis dilinin leksikologiya və üslubiyyatı adlandırılmışdır.

Hazırda kafedranın elmi-tədqiqat və tədris işləri müəyyən istiqamətlər üzrə aparılır. Belə ki, dilin üslubları, diskurs təhlili və koqnitiv dilçilik problemləri, ingilis dilinin tədrisi və üslubi vasitələrin funksionallığı, linqvistik praqmatika problemləri kafedranın profil üzrə istiqamətinin əsasını təşkil edir. Kafedranın professor-müəllim heyəti Təhsil, Filologiya və jurnalistika fakültələrinin bakalavriat, magistratura və doktorantura pillələrində nəzəri və praktik məşğələlər aparır və eləcə də magistrant və doktorantlara elmi rəhbərlik edir.

2016-2017-ci illərdə İngilis dilinin leksikologiyası və  üslubiyyatı kafedrasında bakalavr pilləsi üzrə aşağıdakı fənlər tədris olunmuşdur.

Təhsil fakültəsində:

  1. Aşağı orta oxu və nitq-1(ESSEX)
  2. Aşağı orta oxu və nitq-2 (ESSEX)
  3. Orta oxu və nitq-1(ESSEX)
  4. Orta oxu və nitq-2 (ESSEX)
  5. Yuxarı orta oxu və nitq
  6. Yüksək oxu və nitq-1
  7. Yüksək oxu və nitq-2
  8. İngilis dilinin üslubiyyatı
  9. İngilis dilinin leksikologiyası

Filologiya və jurnalistika fakültəsində:

    10. Öyrənilən əsas dil-1

    11. Öyrənilən əsas dil-2

    12. Öyrənilən əsas dil-3

    13. Öyrənilən əsas dil-4

    14. Öyrənilən əsas dil-5

    15. Üslubiyyat və nitq mədəniyyəti

    16. İngilis dilinin üslubiyyatı

    17. İngilis dilinin leksikologiyası

Magistratura

Koqnitiv dilçiliyin əsasları

Praqmatikanın əsasları

Dil və mədəniyyət

 

Seçmə fənlər: (fakültələr üzrə)

Təhsil və Filologiya və Jurnalistika

İngilis danışıq modelləri (Conversational English Models) (ESSEX)

Mədəniyyət vasitəsilə İngilis idiomları (English idioms through culture)

English through Arts (ESSEX)  (İncəsənət məqsədləri üçün ingilis dili)

Legal English      (Xüsusi məqsədlər üçün ingilis dili)

Political English (Siyasi ingilis dili)

İELTS   through Integrated Writing (İELTS və yazı janrları)

Communication and Rhetoric(Kommunikasiya və Ritorika)

English through films (NEW) (Film vasitəsi ilə ingilis dili)

 

Kafedranın  elmi potensialı imkan yaratdığından 1 əməkdaşı elmi seminar şurasının katibidir. F.e.d., prof. Ə. Ə. Abdullayev Tədris işləri üzrə prorektor, f.e.d.prof. F.F. Cahangirov Təhsil fakültəsinin dekanı və f.e.d.dos.S.S.Zeynalova İngilis dilinin Leksikologiyası və Üslubiyyatı kafedrasının müdiridir. (FJF) İngilis dilinin leksikologiyası və  üslubiyyatı kafedrasının əsas məqsədi  və qayəsi akademik fəaliyyəti daha da inkişaf etdirməsi və  universitet elmi mühitinə öz töhvəsini verməsindən ibarətdir.  Daha sonra  tələbələrin danışıq,dinləmə və analama,oxu və yazı kimi nitq fəaliyyətlərini inkişaf etdirməkdən ibarətdir.Kafedranın bütün əməkdaşları dilin tədris olunmasında inovativ metod və informasiya texnologiyalarından geniş istifadə edir.Bu həmçinin tələbələrin bilik və dil vərdişlərinin inkişaf etməsində böyük əhəmiyyət kəsb edir.İngilis dilinin üslubiyyatı kafedrasının məqsədi gələcək üçün yüksək səviyyəli kadr yetişdirməkdir. Ona görə də tələbələrlə iş və əməkdaşlıq aparmaq məqsədlərə daxildir.Təcrübəli müəllimlər açıq dərslər keçirir gənc müəllimlərə öz iş fəaliyyətlərinə dayanaraq tövsiyyələr verirlər.

Universitetdə dərslər boloniya sistemi ilə keçirilir.

 

İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının nəşrləri

f.e.d.prof., Ə.Ə. Abdullayev

·         Discourse Analysis and Theme Development dərs vəsaiti
·         Koqnitiv dilçiliyin əsasları dərs vəsaiti
·         Введение в теорию коммуникации. dərs vəsaiti
·         Aktual Üzvlənmə, Mətn və Diskurs dərs vəsaiti

 

f.e.d., prof., F. F. Cahangirov

Dərslik, dərs vəsaiti və monoqrafiyaları:

  • *2000, Perfekt zamanlar. Bakı, «Elm», 77 s.
  • *2003, İngilis dilindən leksik çalışmalar toplusu (I, II kurslar üçün metodik vəsait). Bakı, «Nurlan», 122 s.
  • *2003, Modality in English: Semantic, pragmatic and psycholinguistic approaches. Islamic Republic of Iran,Tabriz, Sarab University, Akhtar Publication, 201s.
  • *2005, İngilis və Azərbaycan dillərində modallığın struktur-semantik tədqiqi.Bakı, «Elm», 312 s.
  • *2006, The problem of modality in Germanic and Turkic Languages. Bakı, «Elm», 100s.
  • *2007, İngilis dilində perfekt zamanlar sistemi və onun Azərbaycan dilində ifadəsi. Bakı, «Elm»,122 s.
  • 2013, İngilis dilinin leksikası üzrə praktikum. Bakı, “Letterpress”, 132 s.
  • *2014, Dil və mədəniyyət. Bakı, “Elm və Təhsil” nəşriyyatı, 308 səh.

 

f.e.d., dos., S. S. Zeynalova

Monographs:

  • Zeynalova, S.The history of Formation and Evolution of the Western theme. Baku-Mutarjim-2011
  • Zeynalova, S.East-West dialogue in the Azerbaijani literature. Baku- Mutarjim-2013
  • Zeynalova, S.,Allahverdiyeva A. ( 2015). Introduction to Rhetoric and Critical Thinking.
  • Zeynalova, M.Y.Gaziyeva(2016) ’’This is Azerbaycan’’, Baku, “Elm ve Tehsil”
  • Zeynalova, S., Gaziyeva M.Y., Jafarova K.H. This is Great Britain. The manual. Baku-2012

 

Son illərdə kafedra əməkdaşlarının xaricdə və ölkəmizdə çıxan müxtəlif jurnallarda çoxsaylı məqalə və monoqrafiyaları dərc edilir. Əməkdaşlar müntəzəm olaraq xarici ölkələr ilə sıx əlaqələr yaradaraq, ölkədaxili və xaricdə keçirilən seminarlarda, konfranslarda iştirak edir. Kafedrada məqalələrlə yanaşı bir sıra dərslik, dərs vəsaitləri, monoqrafiya və proqramlar dərc etdirilmişdir. Onlardan bəziləri aşağıdakılardır:

  1. “Stylistics of the English Language” M.Qayıbova,  L.Cəfərova (dərslik)
  2. “English-Azerbaijani Concise Encyclopedic” V.Ərəbov, L.Süleymanova, İ.Əliyeva, A.Yusifova (lüğət)
  3. “English for All” Ərəbov, L.Süleymanova (dərs vəsaiti)
  4. “Philological Analysis of Literary Texts” V.Ərəbov, L.Süleymanova (dərs vəsaiti)
  5. “Phonetics and Phonology” V.Ərəbov (tərcümə əsəri)
  6. “My World of Azerbaijan”  V.Ərəbov (tərcümə əsəri)
  7. “Azərbaycan ədəbiyyatında qərb-şərq təmasları” S.Zeynalova (monoqrafiya)
  8. “This is Azerbaijan”  S.Zeynalova, M.Qazıyeva, M.Məcid, V.E.Ağabəyli (dərs vəsaiti)
  9. “Azərbaycan ədəbiyyatında qərb mövzusunun təşəkkülü və tarixi təkamülü”  S.Zeynalova (monoqrafiya)
  10. “Mətnin interpretasiyasında sintaktik-semantik və koqnitiv amillər” M.Hüseynova (monoqrafiya)
  11. “Средства внутритекстовой связи в английском языке” L.Hüseynova (dərs vəsaiti)
  12. “Glossary of Stylistic and Rherotical Devices” Z.Aslanova (dərs vəsaiti)
  13. “English Stylistics” A.Hacıyeva (dərslik)
  14. “English in Context” İ.Hüseynova (dərs vəsaiti)
  15. “Recycle your English”  A.Məmmədbəyli (dərs vəsaiti)
  16. “Political English”  İ.Səmədova (dərs vəsaiti)
  17. “English for Children”  Rəna Əliyeva (kitab)
  18. “Üslubiyyat və nitq mədəniyyəti” V.Qəmbərov (proqram)
  19. “Xarici dildə oxu və nitq”  P.Ağazadə, N.Bağırova (proqram)
  20. “English İdioms through Culture”  İ.Hüseynova (proqram)
  21. “Hüquqi məqsədlər üçün ingilis dili” P.Ağazadə, N.Bağırova (proqram)
  22. “Ritorikaya giriş və tənqidi təfəkkür” S.Zeynalova, A.Allahverdiyeva (proqram)
  23. “İntroduction to Rhetoric” S.Zeynalova, A.Allahverdiyeva (dərs vəsaiti)

 

İngilis dilinin leksikologiya və üslubiyyatı kafedrasının müdiri, f.e.d., dos.  

Zeynalova Sevinc Saday qızı

Tel: (+99412) 441-22-78 (daxili 290)

E-mail: [email protected]

 

SHARE