Fransız dilinin fonetikası və qrammatikası kafedrası

2792

Fransız dilinin fonetikası və qrammatikası kafedrası 08.08.2017-ci il tarixli 1/290 nömrəli əmrə əsasən yaradılıb. 07.11.2017- ci il 1/494 nömrəli əmrə əsasən f.f.d., dos. Ü.Z.İbrahim Fransız dilinin fonetikası və qrammatikası kafedrasında kafedra müdiri vəzifəsinə təyin edilib. Fransız dilinin müstəqil şəkildə öyrənilməsi xeyli tarixi olsa da, Fransız dilinin fonetikası və qrammatikası  kafedrasında tədris edilən fənlər 1973-1974-cü tədris ilində yaradılmış “Fransız dilinin fonetikası, qrammatikası və I kursda yazılı şifahi nitq praktikası” adlı kafedrada tədris edilmişdir. Uzun müddət bu fənlərin tədrisi ilə pedaqoji elmlər namizədi dos. M.Quliyeva, dos. A.İ.Sirulnikova, M.Axundov, dos. O.Əmirbəyov, R.Hüseynova, dos. Ə. Priyev kimi müəllimlər məşğul olmuşdur. Müxtəlif dövrlərdə bu kafedraya dos. M.Quliyeva, dos. X.Mütəllibova, fil.e.d., prof. B.B.İsmayılovun rəhbərlik etmişdir.

Kafedranın qarşısında duran əsas vəzifə fransız dilinin fonetikası və qrammatikasının tələbələrə tədris olunması və bu dilin ali məktəb səviyyəsinə uyğun olaraq öyrədilməsidir. Kafedranın məqsəd və vəzifələri iki istiqamətdə aparılmaqla nəzəri və praktik biliklər həm ayrı-ayrılıqda, həm də qarşılıqlı şəkildə tədris olunur. “Nəzəri qrammatika”, “nəzəri fonetika”, “fransız dilinin tarixi”, “müqayisəli tipologiya” kimi  fənlər kafedrada tərdis olunan nəzəri fənlər siyahısına daxildir. Praktik aspektə isə öyrənilən əsas dili (fransız dili), kommunikativ qrammatika, eşitmə və tələffüz fənləri daxildir.

Kafedranın fəaliyyəti əsasən, Respublikamız üçün yüksək ixtisasa malik olan fransız dilli mütəxəssislərin yetişdirilməsinə yönəlib. Bu fəaliyyətin uğurla həyata keçirilməsi üçün kafedranın tədris yükündə mövcud olan fənlər yüksək səviyyədə bakalvr və magistr səviyyələrində tədris olunur. Bundan əlavə, kaferada çalışan müəllimlərin fəaliyyətinə gəldikdə isə, onların həm ölkə, həm də, ölkə xaricində məqalələri çap olunmuşdur. Fransız dilində orta məktəb dərslikləri, dərs vəsaitləri, fənn proqramları çap olunmuşdur. Hazırda kafedrada 1 professor, 4 f.f.d., dos. , 1 t.f.d,dos.,  3 b/m, 1, 1 Ph.d.müəllim, 1 müəllim və 1 laborant fəaliyyət göstərir.

Bunlardan başqa kafedranın müəyyən daxili fəaliyyəti də vardır ki, bunları da aşağıdakı kimi təsvir etmək olar:

  • ayda bir dəfədən az olmayaraq kafedra iclaslarını keçirmək;
  • hər semestr ərzində lazım olan vaxtlarda bölmələr üzrə iclasların keçirilməsi;
  • kafedrada elmi məruzələrin dinlənilməsi;
  • elmi konfranslara və jurnallara təqdim olunan məqalələrin və məruzə tezislərinin müzakirəsi;
  • kafedrada hazırlanan dərslik, dərs vəsaitləri, monoqrafiyaların, proqramların müzakirələrinin təşkili;
  • kafedra üzvlərinin təcrübə mübadiləsi məqsədi ilə bir-birinin dərsində iştirakı və açıq dərslərin təşkili;
  • tədrisdə baş verən innovasiyalarla və islahatlarla bağlı müxtəlif məsələlərin müzakirəsi.
  • fransız dilinin fonetikası və qrammatikası fənlərindən dərsliklərin yazılması
  • Universitetlərarası və beynəlxalq konfransların təşkili.
  • Yüksək ixtisaslı bakalavr, magistr, doktorant və dissetantların hazırlanması.

Fransız dilinin fonetikası və qrammatikası kafedrasında 2017-2018- ci ilində tədris olunan fənlərin siyahısı

Bakalvr
I semestr  II semestr
   
1 s/f Kommunikativ qrammatika s/f. Kontekstual qrammatika
2 Kommunikativ qrammatika-3 Eşitmə və tələffüz 2
3 Eşitmə və tələffüz-1 Kommunikativ qrammatika-2
4 Eşitmə və tələffüz -3 Qrammatika və fonetika
5 Öyrənilən əsas dil-1 Öyrənilən əsas dil
6 Kommunikativ qrammatika-1 Kommunikativ fonetika
7 Tətbiqi qrammatika və tətb. fonetika Eşitmə və tələffüz
8 Öyrənilən əsas dil-5 Öyrənilən əsas dil -2
9 Öyrənilən əsas dil Orta fransız dili-1
10 Qrammatika və fonetika (xüsusi qrup) Dilçilik (filyer)
11 Kommunikativ qrammatika-2
12 Akademik yazı və oxu
13 Aşağı orta fransız dili
14 Eşitmə və tələffüz -1
15 Eşitmə və tələffüz -2
 

Magistratura

I semestr II semestr
1 Müqayisəli tipologiya
2 s/f Nəzəri qrammatika s/f. Dil tarixi
3 s/f Nəzəri fonetika

 

 

Fransız dilinin fonetikası və qrammatiksı kafedrasının müdiri, f.f.d., dos.

Ülfət Zakir oğlu İbrahim

Tel: (+99412) 441-22-78 (daxili  224)

Email: [email protected]

SHARE