ADU-da Hindistanla bağlı növbəti tədbir keçirilib

628

Noyabrın 24-də Azərbaycan Dillər Universitetinin (ADU) Hindi dili və mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Hindistan Konstitusiyasının qəbul edilməsinin 67-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

Universitetin Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi Sevda Tağıyeva Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Hindistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə “Hindistan Konstitusiyasının əsasları” adlı mühazirə oxuyub. O, Hindistanda konstitusiyanın qəbul edilməsinin mahiyyəti və əks olunan hüquq və normalar barədə ətraflı danışıb, eyni zamanda Hindistanın ərazisi, əhalisi, müxtəlif dini və fəlsəfi sistemləri mövzularına da toxunub.

Daha sonra Filologiya və jurnalistika fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Sevda Abuzərli hind islahatçısı Malabari haqqında, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Əli Mustafayev isə Hindistanda seçki hüququ haqqında ətraflı məlumat verib.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

SHARE