ADU-da DAAD-ın proqramı ilə bağlı təqdimat keçirilib

566

Noyabrın 16-da Azərbaycan Dillər Universitetində (ADU) DAAD Yay Dil Kursu təqaüd proqramı ilə bağlı təqdimat keçirilib.

DAAD Bakı Məlumat Mərkəzinin akademik müşaviri Hikmət Kamallının keçirdiyi təqdimatda DAAD (Alman Akademik Mübadilə Xidməti) təqaüd proqramlarına sənəd qəbulunun açıq elan olunduğu qeyd edilib.

Təqdimat zamanı universitetin II və III kurs bakalavr tələbələri üçün Almaniyada yay dil kursları (alman dilində), I kurs magistr tələbələri üçün magistr təhsili (alman və ya ingilis dilində), təhsilini bitirən şəxslər üçün doktorantura təhsili (alman və ya ingilis dilində) imkanları, eyni zamanda universitetin elmi işçiləri, müəllim, dosent və professor heyəti üçün Almaniyada (alman və ya ingilis dilində) tədqiqat təqaüdlərinin ayrılması bərədə məlumat verilib.

SHARE